“Avroviziya 2026” üçün mahnı qəbulu elan edildi – Təmsilçimiz kim olacaq?

İctimai Televiziya və Radio Yayımları Şirkəti bu səhər “Avroviziya 2026” mahnı müsabiqəsi üçün mahnı qəbulu prosesinin başladığını elan edib.

Müsabiqədə iştirak etmək istəyən ifaçılar mahnılarını 18 yanvar tarixinədək song@eurovision.az elektron ünvanına göndərə bilərlər.

Təqdim edilən mahnılar tam hazır formada olmalı, sözləri, ifası və xronometrajı “Avroviziya” mahnı müsabiqəsinin qaydalarına tam uyğun gəlməlidir. Avropa Yayım Birliyinin tələblərinə əsasən, mahnının müddəti 3 dəqiqədən artıq olmamalıdır.

Qaydalara görə, mahnı 2025-ci il sentyabrın 1-dən əvvəl kommersiya məqsədilə yayımlanmamalı, eləcə də ictimai platformalarda və kütləvi informasiya vasitələrində yəni, televiziya, radio və internet üzərindən təqdim edilməməlidir.

Seçim mərhələsində iştirak edəcək namizədlər mahnı ilə yanaşı, özləri haqqında qısa məlumatları da təqdim etməlidirlər.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Avroviziya təhlükəsi: “Rotterdam hücumu” planı aşkarlanıb

“Avroviziya 2026” da onlar iştirak edəcək – Kimlər geri dönür?

Rəy bildir