“Avroviziya 2020″yə hücum planlaşdıran şəxsə hökm oxunub.
Niderlandın NOS.nl qəzeti yazır ki, 2020-ci ildə Rotterdamda keçirilməsi planlaşdırılan Avroviziya Mahnı Müsabiqəsinə terror hücumu hazırlayan İsveç vətəndaşı Aleksandr H. iki il müddətinə azadlıqdan məhrum edilib. 27 noyabr tarixində oxunan məhkəmə hökmünə əsasən, ona ümumilikdə səkkiz il həbs cəzası verilsə də, cəzanın altı ili şərti hesab olunub.
Luxemburger Wort qəzetinin məlumatına görə, hal-hazırda 23 yaşında olan Aleksandr H. Rotterdam Ahoy arenasına gələn ziyarətçilər arasında mümkün qədər çox itkiyə səbəb olmaq məqsədilə partlayıcı maddələrdən və zəhərləyici vasitələrdən istifadə etməyi planlaşdırıb. Onun bu niyyətləri Lüksemburqun təhlükəsizlik orqanları tərəfindən vaxtında aşkar edilib və şübhəli şəxs 2020-ci ilin fevralında saxlanılıb.

Məhkəmə həmçinin qərara alıb ki, təqsirləndirilən şəxs radikallaşmaya qarşı deradikalizasiya proqramında iştirak etməlidir. Qeyd olunur ki, o, ifrat sağçı, irqçi və yəhudi düşmənçiliyi baxışlarına malik olub və məqsədi cəmiyyətdə irqi qarşıdurma yaratmaq idi. Aleksandr H. silah qanunvericiliyinin pozulması, hücumlara hazırlıq və nifrətə çağırış da daxil olmaqla bir neçə maddə üzrə ittiham olunub.
Xatırladaq ki, Avroviziya Mahnı Müsabiqəsi 2020-ci ildə pandemiya səbəbindən ləğv edilmiş, müsabiqə bir il sonra Rotterdamda baş tutmuşdu. Avroviziya tarixində isə təhlükəsizlik məsələləri hər zaman xüsusi diqqət mərkəzində olub. Xüsusilə 2012-ci ildə Bakıda keçirilən Avroviziya Mahnı Müsabiqəsi ərəfəsində Azərbaycan təhlükəsizlik qurumları tərəfindən genişmiqyaslı profilaktik tədbirlər görülmüş, paytaxtda və yarışmanın keçirildiyi ərazilərdə mümkün təhdidlərin qarşısı vaxtında alınmışdı. Həmin dövrdə beynəlxalq mediada yayılan məlumatlara görə, tədbirə qarşı yönələ biləcək radikal qrupların fəaliyyətinin neytrallaşdırılması Avroviziyanın təhlükəsiz və insidentsiz şəkildə keçirilməsində mühüm rol oynamışdır.
sitesinden daha fazla şey keşfedin
Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.






