“Avroviziya 2026” da onlar iştirak edəcək – Kimlər geri dönür?

“Avroviziya 2026” da 35 ölkə iştirak edəcək.

Avroviziya Mahnı Müsabiqəsində bir sıra ölkələr İsrailin iştirakına etiraz olaraq boykot qərarı verib. İslandiya, İrlandiya, Niderland, Sloveniya və İspaniya yayım şirkətləri müsabiqədə iştirak etməyəcəklərini və yayımlamayacaqlarını açıqlayıblar. Boykotun əsas səbəbi İsrailin Qəzza zolağında münaqişə fonunda iştirakı və humanitar vəziyyətlə bağlı narahatlıqlardır. Hər beş ölkə bu qərarlarını AYB-nin ümumi assambleyasından sonra rəsmən təsdiqləyiblər.

Andorra, Bosniya və Herseqovina, Şimali Makedoniya və Slovakiya 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcəklərini açıqlayıblar. Kanada və Qazaxıstan da 2026-cı ildə müsabiqəyə qatılmayacaqlar.

Bunun fonunda Bolqarıstan, Moldova və Ruminiya artıq iştirakını təsdiqləyib və müsabiqəyə geri dönüblər.

Azərbaycan da növbəti buraxılışda iştirak edəcək. Artıq seçimlərə başlayan İctimai TV təmsilçi arayışındadır.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

“Avroviziya 2026” üçün mahnı qəbulu elan edildi – Təmsilçimiz kim olacaq?

“Avroviziya 2026” səhnəsi təqdim olunub

Rəy bildir