Avstriya Avroviziya mahnı müsabiqəsində ölkəni təmsil etmək uğrunda mübarizə aparacaq 12 ifaçının adını açıqlayıb. Siyahı Ö3 radiosunun səhər proqramında elan olunub.
İfaçılar 20 fevralda ORF kanalında canlı yayımlanacaq “Wer singt für Österreich?” (Who sings for Austria?) adlı milli seçim turunda çıxış edəcəklər. Qalib 16 may 2026-cı ildə Vyanada keçiriləcək “Avroviziya 2026” müsabiqəsində Avstriyanı təmsil edəcək.
ORF-in məlumatına görə, seçim 500-dən çox müraciət arasından aparılıb. Siyahıda 2 qrup və 10 solo ifaçı yer alır. Solo iştirakçılar arasında qadınlar üstünlük təşkil edir. Ən gənc namizəd 19 yaşlı Cosmodur.
Milli seçimə vəsiqə qazanan 12 ifaçı
- Anna-Sophie – “Superhuman”
- Bamlak Werner – “We Are Not Just One Thing”
- Cosmo – “Tanzschein”
- David Kurt – “Pockets Full of Snow”
- Frevd – “Riddle”
- Julia Steen – “Julia”
- Kayla Krystin – “I brenn”
- Lena Schaur – “Painted Reality”
- Nikotin – “Unsterblich”
- Philip Piller – “Das Leben ist Kunst”
- Reverend Stomp – “Mescalero Ranger”
- Tamara Flores – “Chingona”
Hazırda siyahıda yalnız bir mahnı, Tamara Floresin ifa etdiyi “Chingona” rəsmi olaraq yayımlanıb. Latın pop janrında olan bu mahnı ispan və alman dillərində səslənir və milli seçimdə ispan dilindən istifadə olunan yeganə ifadır. Digər mahnılar əsasən alman və ingilis dillərində olacaq.
Qeyd edək ki, 2016-cı ildən sonra ilk dəfə Avstriyada Avroviziya üçün milli seçim formatı keçirilir. Canlı şounu “Avroviziya 2015”-in aparıcılarından Alice Tumler və “Avroviziya 2018′-də Avstriyaya üçüncü yeri qazandıran Cesár Sampson aparacaq.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






