“Avroviziya 2026” siyasətdən uzaq ola bilər? – Fırtınadan sonra səssizlik

Son bir neçə aydır Avroviziya dünyasında baş verən hadisələr həm iştirakçı ölkələri, həm AYB-ni, həm də fanatları dərindən sarsıb və yorub.

Dünən axşam baş tutan “Uşaq Avroviziya 2025”dən sonra, bütün gözlər gələn il may ayında baş tutacaq “Avroviziya 2026”ya çevrilib.

Siyasətin kölgəsində keçən son iki ildən sonra ola bilsin ki, biz gələn il müsabiqənin əsas mahiyyətindən, yəni musiqidən danışa biləcəyik.

Dünən keçirilən “Uşaq Avroviziya 2025”, AYB üçün əslində ilk ciddi sınaq idi. Çünki bu müsabiqə İsrailin yarışmada iştirakının təsdiqlənməsindən və beş ölkənin 2026-cı ildəki müsabiqədən çəkilməsinə səbəb olan gərgin iclasdan sonra baş tutmuşdu.

Avroviziya azarkeşləri isə İspaniya, Niderland və İrlandiyaya müsabiqəni boykot etdikləri üçün onlayn səsvermə yolu ilə dəstək verilməsi çağırışları etmişdi. Lakin bu təşəbbüs heç bir real nəticə vermədi. Əksinə, həmin üç ölkə onlayn səsvermədə aşağı yerlərdə qərarlaşdı.

Bu isə Uşaq Avroviziya Mahnı Müsabiqəsini siyasiləşdirmək cəhdlərinin faktiki olaraq “boşluğa düşdüyünü” göstərdi.

İsrail tərəfindən də ümidverici açıqlamalar gəlir. İsrail yayımçı kanalı KAN gələn ilki iştirakının siyasiləşdirilməsini istəmir.

Belə ki, ölkəni “Avroviziya 2026”da təmsil edəcək müğənninin seçildiyi “HaKokhav Haba” istedad şousunun birinci mərhələsi başa çatıb.

İkinci mərhələyə vəsiqə qazanan iştirakçıların heç birinin 7 oktyabr 2023-cü il tarixində baş verən hadisələr və sonradan Qəzzada qanlı münaqişəyə səbəb olan HƏMAS terror hücumu ilə nə birbaşa, nə də dolayı əlaqəsi yoxdur.

Dövlət kanalı KAN-nın da gələn il fərqli janrda mahnı göndərmək fikirinin olduğunu nəzərə alsaq, həqiqətən iki ildən sonra ilk dəfə siyasətdən biraz uzaq bir Avroviziya izləyə bilərik.

Aydındır ki, heç nə dəqiq deyil. Lakin yuxarıda göstərilənlərin hamısı uzun müddət davam edən introvertlik, toksiklik və intensiv siyasiləşmə dövründən sonra ilk nikbin əlamətlər kimi hesab edilə bilər.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Xalq səsverməsi: Ukrayna qalibdir

Avstriya “Avroviziya 2026” üçün 12 namizədini açıqladı – TAM SİYAHI

Rəy bildir