“Avroviziya 2026” səhnəsindən ilk detallar: Florian Wieder nə hazırlayıb?

Avroviziya səhnəsi təkcə mahnıların ifa edildiyi yer deyil. Bu səhnə hər il ev sahibi ölkənin özünü necə göstərmək istədiyini, hansı mesajı vermək istədiyini də əks etdirir. 2026 üçün hazırlanan səhnə isə indidən maraqla gözlənilir, çünki layihənin arxasında yenə Florian Wieder var.

Kleine Zeitung qəzetinin yazdığına görə, Avroviziya 2026 səhnəsi 16 dekabr, çərşənbə axşamı təqdim olunacaq. Mənbələrin məlumatına əsasən, Florian Wieder bu dəfə Bazel üçün hazırlanmış layihədən fərqli, amma yenə diqqət çəkən bir konsept üzərində işləyib.

Qeyd olunur ki, səhnə Avstriyanın Avropanın mərkəzində yerləşməsi ideyasından ilhamlanıb. Bu isə o deməkdir ki, dizayn təkcə texniki yox, müəyyən mənalar daşıyan bir quruluş olacaq.

Florian Wieder Avroviziya tarixində bir çox səhnələrin müəllifidir. Düsseldorf 2011, Bakı 2012, Vyana 2015, Kiyev 2017, Tel-Əviv 2019, Rotterdam 2021, Malmö 2024, Bazel 2025 kimi illərdə o, yarışmanın səhnə görünüşünü formalaşdıran əsas adlardan biri olub.

Xüsusilə Bakı 2012 səhnəsi yadda qalan layihələrdən idi. Həmin il səhnədə Azərbaycanın təbii zənginliklərinə və ölkənin rəmzi sayılan alova xüsusi yer verilmişdi. Bu detallar Azərbaycanın “Odlar Yurdu” kimi tanıdılmasına vizual olaraq xidmət edən əsas elementlərdən idi.

Florian Wieder təkcə Avroviziya yox, Beyoncé, Adele, U2 və Rolling Stones kimi dünya ulduzları ilə də işləyib.

2026 üçün hazırlanan səhnənin də Florian Wiederin əvvəlki işləri kimi fərqli olacağı gözlənilir.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

“Uşaq Avroviziya 2025″də Yağmurun ikinci səhnə məşqi uğurla başa çatıb

Almaniya nümayəndə heyətinin yeni rəhbəri: “Milli finalda möhtəşəm çıxışlar görəcəyik!”

Rəy bildir