Almaniya nümayəndə heyətinin yeni rəhbəri: “Milli finalda möhtəşəm çıxışlar görəcəyik!”

Almaniya “Avroviziya Mahnı Müsabiqəsi 2026” üçün milli seçim tarixini açıqlayıb. Müsabiqənin 70-ci buraxılışı üçün ölkə təmsilçisi 28 fevralda müəyyən olunacaq.

ARD bildirib ki, “Eurovision Song Contest – Das Deutsche Finale 2026” adlı final şousu 28 fevral tarixində, Mərkəzi Avropa vaxtı ilə saat 20:15-də Das Erste kanalında canlı yayımlanacaq. Seçimin dəqiq formatı hələ SWR tərəfindən açıqlanmayıb. Lakin artıq mahnı yazı düşərgələri (songwriting camps), potensial ifaçı və mahnıların ilkin seçimi mərhələlərinin başladığı təsdiqlənib. Daha sonra finalçılar musiqi sənayesi üzrə ekspertlər, beynəlxalq münsiflər heyəti və tamaşaçı jürisinin birgə dəyərləndirməsi ilə müəyyən olunacaq.

Eyni zamanda Tina Sikorski Almaniyanın yeni nümayəndə heyətinin rəhbəri (Head of Delegation) təyin olunub.

Bu ildən etibarən Avroviziya üzrə məsuliyyət NDR-dən SWR-ə keçib. Sikorski bildirib:

“Musiqi hamımızın başa düşdüyü bir dildir. 70 ildir ki, Avroviziya bu bağın nə qədər güclü və sehrli ola bildiyini göstərir, eyni zamanda müxtəlif mövzular ətrafında mübahisələrin də necə yarandığını nümayiş etdirir. ARD ilə birlikdə bu musiqi alovunu davam etdirdiyimizə çox sevinirəm. Almaniya finalında möhtəşəm çıxışlar görəcəyik və ölkəmizi Avroviziyanın 70-ci buraxılışında parladacaq ideal təmsilçini tapacağıq.”

Almaniyanın milli seçimi ilə bağlı əlavə məlumatların yanvar ayında açıqlanması gözlənilir. Seçim prosesi SWR, BR və HR kanallarının əməkdaşlığı ilə təşkil olunur.

Qeyd edək ki, Almaniyanı ‘Avroviziya 2025’-də “Baller” mahnısı ilə Abor & Tynna təmsil etmişdi. Onlar müsabiqəni 151 xal toplayaraq 15-ci yerdə başa vurmuşdular.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

“Avroviziya 2026” səhnəsindən ilk detallar: Florian Wieder nə hazırlayıb?

“Avroviziya 2026” yarımfinallarında kimlər çıxış edəcək? – Püşkatma tarixi bəlli olub

Rəy bildir