Bu gün ölkəmizi “Uşaq Avroviziya 2025″də təmsil edən Yağmurun ikinci səhnə məşqi keçirilib. Məşq yüksək enerjisi, güclü vokalı və vizual təsirləri ilə diqqət çəkərək nümayəndə heyəti və müsabiqə komandasından pozitiv rəy alıb.

Yağmurun səhnədə özünəinamlı davranışı, canlı ifası və enerjisi məşq prosesində olan peşəkar komandanın da diqqətini çəkib. Uşaq avroviziya azərkeşləri sosial şəbəkələrdə məşqdən paylaşılan qısa görüntüləri böyük maraqla qarşılayıb və Yağmurun finala hazır göründüyünü yazıblar.

Məşqdən sonra Yağmurun komandası da proseslə bağlı məmnunluğunu bölüşüb və performansın hər keçən gün daha da gücləndiyini vurğulayıb.
Bu barədə təmsilçimiz Yağmurun vokal müəllimi Mila Miles də öz fikrini bölüşüb:
“Bu gün hərşey super cool keçdi! Birazdan görəcəksiz fotoları və video materialları 🙌🫶
Mən tam razı qaldım 💜”
Ümumilikdə bu günkü məşq Yağmurun yarışmadaki performansına inamlı davam edəcəyinə dair olan fikirləri gücləndirib.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






