İsraillə bağlı şok açıqlama: KAN Tv bütün bağları qopardı

Uzun zamandır ki bütün dünyanın diqqət mərkəzində olan İsrailin “Avroviziya” müsabiqəsində iştirakı dünənki plenar iclasdan sonra öz təsdiqini tapdı. Dünya mediasının gündəmini zəbt edən bu mövzu insanlar arasında fikir ayrılığına səbəb olaraq sosial mediada etiraz dalğasına məruz qalıb. Hadisələrin qızğın cərəyanında İsrailin ictimai kanalı “KAN TV” bütün izləyiciləri şoka salacaq müsahibə ilə gəlib.

Əvvəllər hökümət yönümlü bəyanat və proqramları ilə seçilən “KAN Tv” İsrail höküməti və birbaşa olaraq Netanyahu ilə olan bütün bağlarını qoparacaq bir addım atıb. Beləki, kanal öz vebsaytında İsrailin “Avroviziya” təmsilçisi Dana International ilə müsahibə paylaşaraq, hökümətdən tamamilə uzaqlaşdığını bəyan edib:

Şokdayam və çox kədərlənmişəm. Dünyanın bizi necə görməsi ilə bağlı yanlışlıq var və bunu dəyişmək üçün əlimizdən gələni etməliyik.

”KAN”a danışan ifaçı ölkənin beynəxalq nüfuzda təqdir görən bir dövlətdən, təcrid olunan dövlətə çevrilməsinə görə dərin narahatlıq duyduğunu vurğulayıb:

Necə oldu ki, dünyanın ən az sevilən ölkələrindən birinə çevrildik? Bunu antisemitizmin üzərinə atmaq çox asandır, İsrailə münasibət əvvəllər başqa cür idi.Biz imic uğrunda mübarizəni uduzduq.

Dana əlavə edib ki,əvvəllər, İsrail daha liberal, sülhsevər və açıq fikirli ölkə kimi görülüb. O, bu günkü beynəlxalq təcridin məsuliyyətini birbaşa olaraq siyasi rəhbərliyin üzərinə qoyub:

Kim qütbləşmə, bitməyən münaqişə və ultra-sağçı rəhbərlik istəyirsə, bunun bədəlini anlamalıdır. Bu yol ‘yalqız bir xalq’ olmağa doğru aparır. Yenidən dünyanın sevimli İsraili olmaq istəyiriksə, səslərimizi qaldırmalıyıq. Məhz elə bu ildən Avroviziyadan başlamaqla.

Qeyd edək ki, “Avroviziya”da iştirak etmə hüququnu, yayımçı kanalların hakimiyyət və siyasətdən uzaq dayanması və AYB üzvlüyünə dair əsasnamənin tələblərinə cavab vermələri şərtləndirir. “KAN Tv” əvvəllər siyasi açıqlamaları ilə gündəm olsa da, son zamanlarda kanal bu kimi hərəkətlərdən yayınması ilə seçilir.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

İsrail “Avroviziya 2026”da qalır – İspaniya, Niderland, Sloveniya və İrlandiya müsabiqədən çəkildi

Bambie Thug: Netflix “Avroviziya”nın sənədli filmini çəkmək istəyirsə məni tapsın – Gizli sənədlər, yayımlanmamış videolar

Rəy bildir