Bambie Thug: Netflix “Avroviziya”nın sənədli filmini çəkmək istəyirsə məni tapsın – Gizli sənədlər, yayımlanmamış videolar

İrlandiyanın “Avroviziya 2024” təmsilçisi Bambie Thug, ötən gün baş tutan AYB-nin plenar iclasındakı qərar haqqında danışıb.

“Avroviziya 2024” müddətində İsrailə qarşı ən sərt reaksiyanı göstərən müğənnilərin başında gələn Bambie Thug, əlində gizli sənədlər və videoların olduğunu açıqlayıb:

“Xəyal qırıqlığına uğradım, amma çox da təəccüblənmədim. “Avroviziya” siyasət tərəfindən artıq idarə edilir və bu hər il daha aydın hiss edilir. Həqiqətən sevgi dolu bir yarışmanın sonunu görmək olduqca məyus edicidir.

Müsabiqənin məqsədi insanları ayırmaq deyil, birləşdirmək olmalıdır. Bir şeyləri içəridən dəyişdirməyin nə qədər çətin olduğunu və iştirakçıları susdurmaq üçün sistemin necə dizayn edildiyini çox yaxşı bilirəm. Gələcəkdəki təmsilçilərə psixoloji sağlamlıqlarını qorumağı tövsiyyə edirəm.

Ölkəmin tarixin doğru tərəfində yer alıb Sloveniya, İspaniya və Niderland ilə birlikdə yarışmadan çəkildiyi üçün fəxr hissi keçirirəm. Ümid edirəm ki, daha çox ölkə boykota qatılar.

Hal-hazırda deyə biləcəklərim bu qədərdir. Amma əgər “Netflix” bunun sənədli filmini hazırlamaq istəyirsə mən buradayam. Bir şeyləri dəyişdirmək üçün çabaladım və bunların sənədləri məndə var. Yayımlanmamış videolar, gizli səs yazmalar və s. Məni harada tapacağınızı yaxşı bilirsiniz.”

Qeyd edək ki, iclasdakı nəticələrə əsasən çəkilən ölkələrdən biri məhz İrlandiyadır.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

İsraillə bağlı şok açıqlama: KAN Tv bütün bağları qopardı

İsrailin “Avroviziya 2026”da qalması üçün hansı ölkələr “hə“ deyib? – Azərbaycanın səsi nə olub? (İDDİA)

Rəy bildir