Azərbaycanın “Avroviziya 2016” təmsilçisi – hazırda özünəməxsus sənət yolu olan Səmra Rəhimli, “Pərvizə görə” proqramında “Avroviziya” mahnı müsabiqəsi barəsində danışıb.
Öz alovlu klipləri və mahnıları ilə gündəmdə qalmağı bacaran SAMRA, müsabiqənin onun üçün böyük məktəb olduğunu bildirib:
Səhnəyə atdığım ilk addımlarda elə bir təcrübəni qazanıb addımlamaq əlbəttə ki, çox böyük bir məktəb idi mənim üçün və çox istədiyim bir arzum idi o mənim. İlk dəfə mən “Eurovision” seçim turlarına qatılmışam, 10-cu sinifdə oxuyanda, 2011-ci ildə qatılmışam.
Daha sonra, ifaçı jurnalisitin son zamanlarda Azərbaycanın Avroviziyadakı çıxışları barəsində sualına cavab verməkdən imtina edib:
Kimisə müzakirə eləmək istəmirəm.
Əlavə olaraq, ifaçı zarafatyana öz prodüseri və anası İlahə xanıma yönələrək, onun komandada olması gərəkdiyinə eyham vurub.
Sonda isə SAMRA qeyd edib ki, hər il çoxlu kişi təmsilçilərin qatılmasına çox təəccüblənir və indi qadın təmsilçi görmək arzusundadır.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






