İsrail məsələsi həll oldu

2 ildir ki qızğın müzakirə və mübahisələrə səbəb olan İsrail dövlətinin “Avroviziya”da iştirakı məsələsinə nəhayət ki aydınlıq gətirilib. Ölkə müsabiqədə əvvəlkitək iştirak edə biləcək.

Qəzzada baş tutan atəşkəs razılaşmasından sonra AYB noyabr ayında baş tutacaq iclas və dekabr ayına planlaşdırılan səsverməni ləğv etdiyini bəyan etmişdir. Qurumun verdiyi məlumatda deyilir ki, bir çox ölkələrdən alınan daxili məlumata görə, onların mütləq əksəriyyəti İsrailin iştirakının lehinədir. Belə bir şəraitdə, qurum səsvermə prosesini məqbul hesab etmir. AYB açıqlamasında bildirib ki, səsvermə prosesinə və piar kampaniyasına olan dəyişiklikdən bir çox ölkənin razı qalacağını gözləyir.

Qeyd edək ki, ötən il baş verən qalmaqallı səsvermə prosesindən sonra, AYB fanat icması və bir sıra ölkələrin təzyiqi ilə üzləşmiş, onların “şəffaf səsvermə prinsipinin itirilməsi” və “ifrat reklam” ittihamları ilə üzbəüz qalmışdır. Bəzi Skandinaviya ölkələri, Sloveniya və İspaniya kimi dövlətlər isə rəsmi olaraq İsrailin iştirakı halında, müsabiqədən imtina edəcəyini bildirmişdir.

Baş verən bütün bu hadisələrin fonunda hazırda müsabiqədə neçə ölkənin iştirak edəcəyini təxmin etmək çətindir. Buna baxmayaraq, AYB müsabiqənin 70-ci illiyinə özəl iştirakçı sayını maksimuma çatdırmağı hədəfləyib. Əlavə edək ki, iştirakçı ölkələrin siyahısı dekabr ayında yayımlanacaq.

Sonda isə qeyd edək ki, əgər ölkələr yeni qaydalardan razı qalmasalar, AYB səsvermə məsələsini yenidən gündəmə gətirə bilər.


sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

AYB “Avroviziya 2026” üçün yeni qaydalar açıqladı

”Queen Samra”dan Avroviziya açıqlaması

Rəy bildir