Bu gün Avstriyanın dövlət kanalı ORF və Avropa Yayım Birliyi “Avroviziya 2026” biletləri ilə bağlı detalları ictimaiyyətə təqdim edib.
İlk mərhələdə yeni istifadəyə verilmiş eurovision.com saytına daxil olaraq pulsuz “Eurofan” hesabı yaratmalısınız. Hesabınız təsdiqləndikdən sonra, AYB-nin rəsmi bilet satış tərəfdaşı olan oeticket.com sizə bilet almaq üçün lazım olan bütün təlimatları e-poçt vasitəsilə göndərəcək.
Bu səbəbdən “Eurofan” və Oeticket hesablarınızın eyni e-poçt ünvanına bağlı olmasına xüsusi diqqət yetirilməlidir.
Bileti almaq üçün həm təsdiqlənmiş “Eurofan” hesabına, həm də Oeticket hesabına sahib olmalısınız. Eurovision.com və oeticket.com 18 dekabrda qeydiyyat bitdikdən sonra müraciətinizi yoxlayacaq.
9 yanvar tarixində sizə e-poçt vasitəsilə bilet almaq üçün link və giriş kodu göndəriləcək. Hər bir şəxs maksimum 4 bilet əldə edə bilər. İlk biletlər 13 yanvar, çərşənbə axşamı, saat 16:00-da (BVİ) satışa çıxacaq.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






