Mila Miles: Avroviziya üçün çox güclü mahnılarım var

Bəstəkar, müğənni və vokal təlimçi Mila Miles Avroviziya haqqında danışıb.

12xala ekskluziv açıqlama verən ifaçı qeyd edib ki, Qax rayonunda olarkən xüsusi 3 mahnı hazırlanıb. Həmin mahnılardan biri “Uşaq Avroviziya 2025” mahnımız “Miau Miau”dur.

Digər iki mahnı isə olduqca güclü və təsirli mesaja sahib sənət yüklü mahnılardır. Mila əlavə edib ki, bu il hələki seçimlərə qatılmaq məsələsində tərəddüdləri olsa da, gələcəkdə qatıla bilər. İfaçı vurğulayıb ki, bu il həmin mahnılardan birini onlayn platformalarda yayımlayacaq.

Sonda isə qeyd edək ki, Mila Miles müxtəlif illərdə “Avroviziya” komandasında yer almışdır. 2024-cü ildə İlkin Dövlətov və Etibar Əsədli ilə birlikdə “İnsanlar” adlı mahnı ilə seçimlərdə iştirak edərək yerli fanatların rəğbətini qazanmışdır.

Nəhayət qeyd edək ki, cəmi 5 nəfərdən ibarət musiqiçi heyəti ilə Qaxda təbiət qoynunda 3 mahnı yazılmışdır. Milanın bu təcrübəsi bir daha sübut edir ki, gələcəkdə düzgün investisiya və siyasət ilə, bu cür mahnı yazma düşərgələrində müxtəlif bəstəkar və prodüserlərin iştirakı ölkəmiz üçün çox uğurlu nəğmələrin yaradılmasına və musiqi sənayemizin inkişafına töhfə verə bilər.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

“Avroviziya 2026” biletləri 13 yanvarda satışa çıxacaq – Ön qeydiyyat başlayıb

“Vidbir 2026” üçün “long list” yayımlanıb – Jerry Heil, Olena Usenko, KHAYAT və başqaları

Rəy bildir