Avropa Yayım Birliyi (AYB) “Avroviziya 2026” müsabiqəsi ilə bağlı qaydaların yeniləndiyini bəyan edib. Yenilənmiş qaydalar həm səsvermə prosesinin şəffaflığını artırmağı, həm də son illərdə geniş müzakirələrə səbəb olan həddindən artıq təbliğat kampaniyalarının təsirini minimuma endirməyi hədəfləyir.
Qurumdan verilən məlumata görə, gələn ildən etibarən münsif heyəti yarımfinal mərhələsinə geri qaytarılır. Əlavə olaraq, münsiflərin sayı genişləndirilərək 7 nəfərə çatdırılır.
AYB bununla müsabiqə iştirakçılarının qeyri-proporsional reklam kampaniyaları ilə nəticələrə həddindən artıq təsir göstərməsinin qarşısını almağı planlaşdırır.
Yeniliklərdən biri də tamaşaçı səsverməsinə (televote) qoyulan limitin azaldılmasıdır. Belə ki, hər bir tamaşaçının verə biləcəyi maksimum səs sayı 10 olaraq müəyyən edilib.
Qayda dəyişikləri “Avroviziya 2026”da daha şəffaf və balanslı nəticələrin əldə olunmasını hədəfləyir.
Mənbə: Eurovision.tv
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.







One thought on “AYB “Avroviziya 2026” üçün yeni qaydalar açıqladı”