Bildiyiniz kimi “Uşaq Avroviziya 2025″də Azərbaycanı təmsil edəcək şəxsin kimliyi bir neçə saat öncə ictimaiyyətə təqdim olundu.
Tbilisidə baş tutacaq layihədə ölkəni 12 yaşlı Yağmur təmsil edəcəyi məlum oldu. Bəs təmsilçi seçimi necə baş tutdu?
İki mərhələli seçim prosesinin nəticəsinə əsasən onun təmsilçi olmağı məlum olmuşdur. İlkin mərhələdə 60-dan çox müraciət arasından 15 finalçı seçilib. Hansı ki bu məqamda ilkin olaraq bu münsiflərin səsləri əsas alınmışdır:
Gülnaz İsmayılova – Xalq Artisti;
Kamran Tağızadə – 12xal “Avroviziya” bloqunun üzvü;
Azad Şabanov – Müğənni;
Rilaya – Müğənni;
Humay Aslanova – Vokal müəllimi, ifaçı.

Məhz həmin münsiflərin seçimi ilə 15 nəfər finalçı ikinci mərhələyə keçmə şansı əldə etmişdir. Bundan sonra isə onlar arasından digər peşəkar münsiflər səs verərək qalibi təyin etmişdir:
Siyavuş Kərimi – Xalq artisti, bəstəkar;
Gövhər Həsənzadə – Əməkdar artist, bəstəkar;
Vüqar Camalzadə – Əməkdar artist, bəstəkar;
Samirə Əfəndi – Müğənni, Azərbaycanın “Avroviziya 2020–2021” təmsilçisi;
Yaşar Baxış – Bəstəkar və aranjimançı;
Cavid İmamverdiyev – Baş rejissor, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı.
Münsiflərin qiymətləndirməsinə əsasən Yağmur yekun nəticədə böyük üstünlüklə qalib gəlib. Üç münsif onun ifasını birinci yerə, bir münsif ikinci yerə, digər münsif isə ilk beşliyə layiq görüb.
Bizim üçün də sevindirici haldır ki, təmsilçi seçimlərində Azərbaycanın ilk və ən böyük Avroviziya bloqu olaraq səs vermə hüququmuz yer aldı. Bu səbəbdən də bu şansı bizə tanıdığı üçün “Avroviziya” Azərbaycan nümayəndəliyinə öz təşəkkürümüzü bildiririk.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






