”Uşaq Avroviziya 2025” təmsilçimiz bəlli oldu – Yağmur Nəsrullayeva

Bu ilin 13 Dekabr tarixində Gürcüstanın paytaxtı Tbilisidə baş tutacaq “Uşaq Avroviziya 2025” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin kimliyi ictimaiyyətə təqdim olunub.

Belə ki, 12 yaşlı Yağmur Nəsrullayeva Azərbaycanı sözügedən müsabiqədə təmsil edəcək.

Qeyd edək ki, bundan öncə Azərbaycan 4 dəfə bu layihənin iştirakçısı olmuş, sonuncu dəfə isə ölkəni “One of Those Days” mahnısı ilə Sona Əzizova 2021-ci ildə təmsil etmişdir. 19 ölkə arasında 5-ci olmağı bacaran Sonanın bu uğuru ölkənin indiyədək olan ən uğurlu çıxışı hesab edilir.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Azərbaycan Uşaq Avroviziya üçün namizəd axtarışında

Təmsilçimizi onlar seçib – 12xal üzvü də yer alır

Rəy bildir