Turab Teymurov: İsrailin yarışmada iştirak edib-etməməsi bizim iştirakımıza təsir edə bilməz

Bu gün səhər saatlarında Azərbaycan nümayəndə heyəti, media qurumları və jurnalistlər arasında iclas keçirərək ölkəmizin “Uşaq Avroviziya 2025” təmsilçisini elan edib.

Baş tutan iclasda nümayəndə heyətinin Media və İctimaiyyətlə Əlaqələr üzrə rəhbəri Turab Teymurov ötən günlərdə türk mediasında yayılan “İsrail Avroviziyada diskvalifikasiya edilərsə, Azərbaycan da çəkiləcək” xəbərlərinə şərh bildirib:

Bu yalan məlumatdır. Bizim əsas məqsədimiz Azərbaycanın zəngin mədəniyyətini Avropa səhnəsində təmsil və nümayiş etdirməkdir. Müsabiqə siyasətdən uzaqdır və biz müdaxilə etmirik.

İsraillə bağlı xəbərin mənbəsinə diqqət edin. Səhifədə xəbərin yalan olduğu qeyd olunub. İsrailin ya da hansısa bir ölkənin müsabiqədə iştirak edib-etməməsi Azərbaycanın iştirakına təsir edə bilməz”.

Qeyd edək ki, ötən həftə “The Telegraph” qəzetinin yayımlamış olduğu məqalədən sonra türk mediası Azərbaycanın İsrailin müsabiqədən çıxarılması halında çəkiləcəyi ilə bağlı feyk xəbərlər dərc etməyə başlayıb.

Daha sonra APA bu xəbəri yalanlamış və bu gün də nümayəndə heyətindən rəsmi olaraq mövzu ilə bağlı açıqlama gəlib.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Təmsilçimizi onlar seçib – 12xal üzvü də yer alır

Avroviziya İsrail prezidentinin gündəmində – AYB ölkəni yaxında diskvalifikasiya edə bilər

One thought on “Turab Teymurov: İsrailin yarışmada iştirak edib-etməməsi bizim iştirakımıza təsir edə bilməz

Rəy bildir