Son bir neçə həftədir İsrailin Avroviziyada iştirakı gündəmdən düşmək bilmir. Bir sıra ölkələrin boykot çağırışlarından sonra hamının ağılında olan tək sual İsrailin müsabiqədəki talehidir.
Qəzzadakı vəziyyət və bir sıra Avropa ölkələrinin reaksiyası ölkənin yarışmadan diskvalifikasiya edilə biləcəyi ehtimalını gündəmə gətirib.
YNET portalının məlumatına görə, İsrail prezidenti Isaac Hersoq məsələyə birbaşa müdaxilə edib və Avroviziya ilə bağlı xüsusi qrup yaradıb. Qrup, İsrailin müsabiqədə iştirakını müdafiə etmək və diplomatik prosesi idarə etmək üçün fəaliyyət göstərir. Hersoq məsələni prioritet kimi qiymətləndirir və həm Avropa rəsmiləri, həm də ölkədaxili qurumlarla daimi təmasdadır:
“Buna günlərimi və gecələrimi sərf edirəm. Harada kömək edə bilirəmsə, etməyə çalışıram. Əlimdən gələni edəcəyimə söz verirəm, amma nəticəyə zəmanət verə bilmərəm.”
Avropa Yayım Birliyi, Avropadakı yayım qurumlarının baş direktorları ilə danışıqlar aparacaq bir xarici müşahidəçi təyin edib və bu şəxs təşkilata mümkün diskvalifikasiya ilə bağlı təklif təqdim edəcək. Bu halda qərarın oktyabr və ya noyabr aylarında elan edilə biləcəyi gözlənilir.
İddialar İsrail mediasında yer alsa da, Avropa Yayım Birliyi mövzu ilə bağlı hələ rəsmi açıqlama verməyib və ya təsdiqləməyib.
Bundan əlavə, bu gün Birləşmiş Millətlər Təşkilatı, FIFA və UEFA-ya İsrailin turnirlərdən uzaqlaşdırılması çağırışı edib. Belə bir qərar qəbul ediləcəyi təqdirdə, Avropa Yayım Birliyinin də İsraili diskvalifikasiya etməsi daha asanlaşacaq.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






