Azərbaycan Uşaq Avroviziya üçün namizəd axtarışında

Bu il 23-cü Uşaq Avroviziya Mahnı Müsabiqəsi 13 dekabr 2025-ci il tarixində Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək.

İctimai Televiziya (İTV) istedadlı gənc ifaçıların seçimlərinə start verildiyini elan edir. Müsabiqədə iştirak etmək istəyən və ifa qabiliyyətinə güvənən 9-14 yaş arası uşaqlar Azərbaycan dilində və xarici dildə ifalardan ibarət iki video yazını WhatsApp vasitəsilə 055 205 31 23 nömrəsinə göndərməlidirlər.

İlkin seçim mərhələsindən uğurla keçən namizədlər peşəkar musiqi mütəxəssislərindən ibarət 6 nəfərlik münsif heyətinin qiymətləndirməsindən sonra müəyyən olunacaq. Məhz onların rəyinə əsasən, 23-cü Uşaq Avroviziyasında Azərbaycanı təmsil edəcək istedadlı ifaçı seçiləcək.

Bununla yanaşı, İctimai Televiziya Azərbaycan Mədəniyyət Nazirliyinə müraciət edərək, qeyd olunan yaş kateqoriyasında müxtəlif müsabiqələrdə və festivallarda ölkəmizi səsi ilə uğurla təmsil etmiş gənc istedadların siyahısının təqdim olunmasını xahiş edib.

İTV-nin məqsədi milli musiqi mədəniyyətimizi layiqincə təmsil edəcək, səhnə mədəniyyəti və ifa bacarığı ilə seçilən uşaq istedadını müəyyən edərək onu beynəlxalq arenada təqdim etməkdir.

Əlaqə üçün:
WhatsApp: 055 205 31 23


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Azərbaycan sevgisi Polina Qaqarinanın başına bəla oldu

”Uşaq Avroviziya 2025” təmsilçimiz bəlli oldu – Yağmur Nəsrullayeva

Rəy bildir