2015-ci ildə Rusiyanı Avroviziyada təmsil edən məşhur müğənni Polina Qaqarina, sosial şəbəkədə Azərbaycan musiqisinə heyran olduğunu və Bakıda solo konsert vermək istədiyini açıqlayıb.
Bu paylaşım Rusiyada gözlənilməz reaksiya ilə qarşılanıb. Qısa müddət ərzində Qaqarinaya qarşı boykot çağırışları səsləndirilib və onun vergi öhdəliklərinin araşdırılması üçün rəsmi qərar verilib. Rusiya mediası bildirir ki, əgər vergi yayınması halları aşkarlanarsa, müğənni barəsində cinayət işi qaldırıla və həbs cəzası tətbiq oluna bilər.
Qeyd edək ki, Polina Qaqarina Avroviziya 2015-də “A Million Voices” mahnısı ilə çıxış etmiş və 303 xalla 2-ci yeri tutmuşdu.
Mənbə: Azxeber
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






