Əfsanəvi Sanremo festivalı başa çatır?

Avroviziya Mahnı Müsabiqəsindən belə qədim tarixi ilə seçilən və illərdir İtaliyanın Avroviziya təmsilçilərinin seçildiyi əfsanəvi Sanremo Musiqi Festivalı öz doğma şəhərindən ayrılır.

İtaliyanın nüfuzlu mətbu orqanı “Il Messaggero”nun xəbərinə görə, Sanremo Festivalının gələcəyi sual altına düşüb. Deyilənə görə, RAI ilə Sanremo Bələdiyyəsi arasında ciddi narazılıqlar yaranıb. Bildirilir ki, bələdiyyənin festival üçün yüksək büdcə tələbləri, RAI-yə qarşı təzyiq cəhdləri və televiziya qurumunun festivaldakı rolunun kifayət qədər qiymətləndirilməməsi RAI-ni narazı salıb. Bu səbəbdən RAI rəhbərliyi festivalı Sanremodan başqa bir sahil şəhərinə köçürmək ideyasını gündəmə gətirib. 2027-ci il üçün Amalfi, Versilia və ya Rimini kimi şəhərlərin adları hallanır.

Mənbə: Il Messaggero


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Sevgi qalib gəlirmi? Avroviziya və Qlobal Homofobiya reallıqları

Azərbaycan sevgisi Polina Qaqarinanın başına bəla oldu

Rəy bildir