Nigar Camal: “Nümayəndə heyətindən heç kim razı deyil”

Avroviziya 2011-ci ilin qalibi Nigar Camal ölkəmizin Avroviziya nümayəndə heyətinin işindən narazılığını gizlətməyib.

Televiziya proqramlarından birində qonaq olan Camal, aparıcının “Nümayəndə heyətimizin rəhbəri ola bilərsən?” sualına “Hə” cavabı verib:

Əlbəttə istəyərdim, niyə də yox? Çünki çox zəif komandamız var. Bu il 37 ölkə arasından 37-ci olduq. Və mən düşünürəm ki, elə bu problem bir başa komandayla bağlıdır. Avroviziyanın gedişatını bilirik. Ordan çoxlu dostlarımız da var. Heç kim komandadan razı deyil

Aparıcı Afaq Gəncəli müğənni Fahreenin boykot çağırışını da gündəmə gətirib. Nigar isə bu məsələyə tənqidi yanaşaraq, finala çıxmaq üçün əlindən gələni etməyin vacib olduğunu vurğulayıb:

Çalışmaq lazımdır finala keçmək üçün. Boykot mən deyərdim ki, ən zəif addım olar. Düz deyil. Mütləq finala keçməliyik.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

“Murad Arif, Natavan Həbibi və daha çoxu var idi” – Mehin Hümbətova seçimlərdən danışıb

Sevgi qalib gəlirmi? Avroviziya və Qlobal Homofobiya reallıqları

Rəy bildir