“Murad Arif, Natavan Həbibi və daha çoxu var idi” – Mehin Hümbətova seçimlərdən danışıb

Müğənni Mehin Hümbətova “Afaqla Onlar” verilişində qonaq olub və 2025 Avroviziya seçimləri ilə bağlı maraqlı açıqlamalar verib.

“One Life” adlı mahnı ilə builki seçimlərə qatıldığını bildirən sənətçi, “Niyə Avroviziyaya getmədin?” sualına belə cavab verib:

Deleqasiyamız belə məsləhət bildi. Bu ilki strategiyaları demək ki, belə idi.

Mehin Hümbətova eyni zamanda seçim mərhələsinə bir çox tanınmış ifaçının müraciət etdiyini, lakin daha sonra onların bunu inkar etdiklərini qeyd edib:

Ora əslində bir çox məşhurlar müraciət etmişdi. Sonradan hər biri öz müsahibələrində, dost-tanışlara qatılmadıqlarını dedilər. Mən isə çox rahat bir şəkildə deyirəm ki, mən mahnımı da, sənədlərimi də göndərmişdim. Atamın uğrunda şəhid olduğu bayrağı təmsil etmək üçün sənətimi təqdim etmişdim və bununla fəxr edirəm. Bundan utanmıram və çəkinmirəm.

Proqramın aparıcısı Natavan Həbibi və Murad Arifin seçimlərdə iştirak etdiyini söyləməsindən sonra isə Hümbətova başqa məşhur simaların da seçimlərə qatıldığını iddia edib.

Burada eyib heç nə yoxdur. Qorxurlar ki, insanlar deyər “o boyda sənətçisən və getdin, seçilmədin”. Bir az rahat olun da.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Fahree: “Eldar kimdir ki, mahnı seçir?”

Nigar Camal: “Nümayəndə heyətindən heç kim razı deyil”

Rəy bildir