Son zamanlar açıqlamaları ilə fanatların diqqətini çəkən Avroviziya 2024 təmsilçimiz Fahree həmkarı Eldar Qasımovdan söz açıb. O mahnı seçimləri barəsində maraqlı açıqlamalar verib:
Deyirlər ki, TuralTuranX, Mamagama Eldarın tanışıdır deyə seçilir. Çox üzr istəyirəm. Kanalın, dövlətin icazəsi olmadan belə baxanda Eldar kimdir ki, mahnı seçsin? Eldar mahnı da seçmir. Eldar sırf musiqi ilə bağlı olan məqamlara cavabdehdir. Hər hansı düzəlişlər, dəyişikliklər. Mahnımızı isə kommisiya seçir. Mən qanunla bunu sizə açıqlama verə bilmərəm.
Həmkarının müdafiəsinə qalxan İsmayılov daha sonra əlavə edərək, münsiflər qarşısında çıxış etdiyini və bu münsiflərin elə-belə adamlar olmaması məsələsinə toxunub. Daha sonra isə seçilən 6 nəfərin 60 nəfərdən ibarət fokus qrupa göndərildiyini qeyd edib. Bundan sonra gələn rəylərə və ballara əsasən kim seçilirsə, o da gedir, deyərək fikrini yekunlaşdırıb.
Eldar ayağını ayağının üstünə qoyub təmsilçi seçmir. Artıq yorulmuşam bu söhbətlərdən.
Qeyd edək ki, bu söhbətlər İsa Şükürovun aparıclıq etdiyi proqramda baş verib.
Sonda isə əlavə edək ki, Mamagamanının finala çıxmamasına görə Avroviziyanı boykot etməsi ilə gündəmə gələn Fəxriyə nəinki fanatlar, Nigar Camal və Murad Arif kimi məşhur simalar da reaksiya vermişdi.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






