Efendi nümayəndə heyətimizin rəhbəri olmaqda iddialıdır

Avroviziya 2025 səhnəsində parlaq çıxışı ilə yadda qalan və 2021-ci ildə Azərbaycanı təmsil edən Efendi, iştirak etdiyi televiziya proqramının birində avroviziya ilə bağlı maraqlı açıqlamalar verib.

Proqram zamanı aparıcı tərəfindən Samirəyə “Nümayəndə heyətimizin rəhbəri ola bilərsən?” sualı verilib. Samirə isə bu suala hazırcavab şəkildə “Qalib olmaqmı istəyirsiniz?” deyərək studiyada gülüşə səbəb olub:

Mən istəyirəm hər il Azərbaycan qalib olsun. Mən gedəndə də qalib olmaq istəyirdim. İstedadlı uşaqlar, gənclər çoxdur. Amma qalibiyyət o qədər də önəmli deyil. Mən 20-ci yeri tutsam da, amma…

Daha sonra aparıcı onun rəhbərlik potensialı barədə yenidən sual ünvanlayıb: “Özünü nümayəndə heyətinin rəhbəri potensialında görürsən? Nələri dəyişdirərdin ki, Azərbaycan yenidən finala keçsin?”

Müğənni sualı bu şəkildə cavablandırıb:

Görürəm, niyə görmürəm? Amma finala keçməmək bir nəfərin günahı deyil. Bu, bütün komandanın məsuliyyətidir. Hər kəs işləməlidir, məsləhətləşməlidir və ilk növbədə öz işini bilməlidir. Bu proses elə olmalıdır ki, birinin sözü o birinin boğazından keçsin.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

“Səs Azərbaycan” qalibi Cəmilə Həşimova oldu

Fahree: “Eldar kimdir ki, mahnı seçir?”

Rəy bildir