“Səs Azərbaycan” qalibi Cəmilə Həşimova oldu

Aylardır davam edən və ölkə musiqisevərlərinin böyük maraqla izlədiyi “Səs Azərbaycan” layihəsinin üçüncü mövsüm qalibi məlum olub.

Finalda Röya Ayxanın komandasında yarışan Cəmilə Həşimova 45% tamaşaçı səsi toplayaraq yarışmanın qalibi adına layiq görülüb.

Final gecəsi Cəmilə Həşimova səhnəyə üç fərqli ifa ilə çıxaraq həm vokal bacarığını, həm də səhnə performansını ortaya qoyub. İlk olaraq Cəmilə SSRİ dövrünün tanınmış sənətçisi Alla Pugaçovanın məşhur “Позови меня с собой” mahnısını səsləndirib.

İkinci solo ifasında isə Cəmilə Azərbaycan musiqisinin klassik nümayəndələrindən olan Akif İslamzadənin “Bu gecə” adlı tanınmış əsərini təqdim edib.

Son olaraq, mentoruyla birgə səhnəyə çıxan Cəmilə, Röya Ayxanın “Ağlama” adlı sevilən hitini ifa edib.

Finalda ümumi nəticələr aşağıdakı kimi olub:

  • 2-ci yer: İlqar Bəkirov – 22% (Zülfiyyə Xanbabayeva komandası)
  • 3-cü yer: Sanat Asuat – 20% (Eldar Qasımov komandası)
  • 4-cü yer: Fuad Mehdiyev – 13% (Murad Arif komandası)


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

AYB-nin davam edən Türkiyə qorxusu

Efendi nümayəndə heyətimizin rəhbəri olmaqda iddialıdır

Rəy bildir