AYB-nin davam edən Türkiyə qorxusu

Türkiyə uzun illərdir Avroviziyada iştirak etməsə də, görünür ki, yarışmadaki varlığını hələ də qoruyur. 

Yunanıstan mətbuatının məlumatına görə, Avropa Yayım Birliyi bu il Avroviziya Mahnı Müsabiqəsində ölkəsini təmsil edən Klavdiyaya Pontus soyqırımı ilə bağlı açıqlamaları zamanı ehtiyatlı olmağı tövsiyə edib.

“Estia” qəzetinin xəbərinə əsasən, AYB Yunanıstanın ictimai yayımçısı ERT və müğənni Klavdiyaya, müsabiqə zamanı bu mövzuya toxunarkən Türkiyə ilə potensial diplomatik gərginlik riskini nəzərə almağı xatırladıb.

Hazırda məsələ ilə bağlı nə ERT, nə də Klavdiya tərəfindən rəsmi açıqlama verilməyib.

mənbə: Estia


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Tofig Hajiyev Avroviziya seçimlərində iştirak etdiyi “Aman Aman”ı təqdim etdi.

“Səs Azərbaycan” qalibi Cəmilə Həşimova oldu

Rəy bildir