2025-ci il Avroviziya Mahnı Müsabiqəsi tarixdə ən çox müzakirə doğuran buraxılışlardan biri kimi yadda qaldı. Xüsusilə İsrailin iştirakı, xalq səsverməsu və münsif səsləri arasındakı balans, eləcə də yarışma formatı ilə bağlı məsələlər AYB-nin qarşıdan gələn illərdə ciddi dəyişikliklərə gedə biləcəyinin siqnalını verib. Bu barədə AYB Media Direktoru Jean Philip De Tender, Belçikanın VRT Radio 1 kanalında ətraflı açıqlamalar verib.
Müsabiqə boyu ən çox tənqid olunan məsələlərdən biri İsrailin iştirakına icazə verilməsi idi. Jean Philip De Tender bildirib ki, bu mövzu yaxın həftələrdə EBU daxilində yüksək səviyyəli müzakirəyə çıxarılacaq:
Biz neytral bir qurumuq və siyasi mövqe sərgiləmək bizim mandatımıza daxil deyil. Lakin Avroviziyanı ictimai və beynəlxalq aləmdə böyük təsiri olduğunu dərk edirik. Bu səbəbdən üzv yayımçıların gözləntilərinə əsaslanaraq bu məsələni masaya yatıracağıq və yekun qərarı birlikdə verəcəyik.
İsrail təmsilçisi Yuval Raphaelin xalq səsverməsi nəticəsində 297 xal, peşəkar münsiflərdən isə cəmi 60 xal alması bir çox yayımçı kanal tərəfindən müsbət qarşılanmadı. RTVE, VRT, LRT, RUV və RTE, AYB-dən səsvermənin ətraflı nəticələrini tələb edən məktub yayımladılar. De Tender bu məsələ ilə bağlı bildirib ki, hazırda tətbiq edilən “bir SIM və ya ödəniş kartı ilə maksimum 20 səs” limiti yenidən nəzərdən keçirilir:
Bu limit ailə konsepsiyasına görə tətbiq olunmuşdu – ailə üzvlərinin fərqli ifaçılara səs verə bilməsi üçün. Amma zaman keçdikcə görünür ki, insanlar sadəcə mahnıya görə yox, bəzən siyasi, milli və ya mədəni səbəblərlə də səs verirlər. Bu da nəticələrə birbaşa təsir edir.
AYB rəsmisi əlavə edib ki, televoting mexanizminin daha şəffaf və balanslı olması üçün islahatlar mümkün və zəruridir.
Hazırda Avroviziya müsabiqəsində yalnız final mərhələsində peşəkar münsiflərin səsləri nəticələrə təsir edir. Yarımfinal mərhələsində isə yalnız tamaşaçı səsi əsas götürülür. Lakin bu qayda da dəyişdirilə bilər. Jean Philip De Tender bildirib ki, yarımfinalda münsif səsinin yenidən tətbiq olunması məsələsi AYB daxilində artıq aktiv müzakirə mövzusudur:
Münsiflərin səsləri yalnız finalda nəzərə alınır, bu da bəzi ifaçıların haqsız yerə ələnməsinə səbəb ola bilər. Biz bu balansı yenidən nəzərdən keçirəcəyik.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






