Azərbaycanın Avroviziya 2024 təmsilçisi İlkin Dövlətov qonaq olduğu radio proqramlarından birində Avroviziya mövzusuna toxunub.
Müğənni əvvəlcə Avroviziyanın rəsmi hesabını izləmədən çıxarması və bunun ardından aldığı şərhlərlə bağlı fikirlərini bölüşüb:
Avroviziya hesabını izləmədən çıxardım, daha sonra öz hesabımda paylaşdım. Çünki paylaşımları artıq göz yorurdu. Bunu etməyim Avroviziya fanatlarını çox qəzəbləndirdi əslində. Mənə çoxlu iradlar tutdular. Amma bu mənim şəxsi qərarımdır. O demək deyil ki, mən Avroviziyanı izləməyəcəm.
İlkin Dövlətov bu il qalib gələn Avstriyanın da favoriti olduğunu bildirib:
Yarışmanı JJ qazandı. Səhnə inanılmaz, performans inanılmaz idi. Avstriyanı təbrik edirəm. Mənim üç favoritim var idi: İsrail, Estoniya və Avstriya.
Müsahibənin sonunda İlkin Dövlətov yenidən Avroviziyaya getmək arzularından danışıb:
Avroviziya səhnəsinə yenə çıxmaq istəyirəm. Amma bu dəfə tək. Fəxri qardaşımı çox sevirəm, amma bu dəfə özümü sınamaq istəyirəm. 50-60 yaşım olsa da sınamağa davam edəcəm.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






