Daha öncədən məlumat verdiyimiz kimi bu il İsveçrənin Bazel şəhərində baş tutan 69-cu Avroviziya mahnı müsabiqəsində Samsung Azərbaycanın sponsorluğu ilə bizim də 12xal olaraq iştirakımız baş tutdu.
Samsungun ən son və yeni flaqman smartfonu Galaxy S25 Ultra ilə Avroviziya bu qədər canlı və rəngli olmamışdı desək yanılmarıq.
Bu qısa müddətdə kontentlərimizin hər biri məhz super keyfiyyətli 50 MP-lik Galaxy S25 Ultra kamerasının gözündən çəkildi. Avroviziyada baş verənlər ən incə detallarına qədər izləyicilərimizə çatdırılıdı. İncə detal demişkən, süni intellekt dəstəkli 100x “Space Zoom” vasitəsilə müsabiqənin baş tutduğu arenadaki ən uzaq məsafədən belə, ən detallı görüntü keyfiyyətli əldə etdik. Hansı ki, biz də bu qədər görüntü keyfiyyətini təsəvvür edə bilmirdik.
Nəzərə alsaq ki, müsabiqə baş tutan arenaya peşəkar kamera girişinə icazə yoxdur. Paylaşımlarımız insanlarda şüphələr belə oyadıb. Onlar rəylərdə belə keyfiyyətli “zoom”un smartfon vasitəsilə yaratmağın mümkünlüyündən xəbərdar belə olmayıblar.




Amma bu smartfonun bizə təklif etdiyi kamera keyfiyyətindən ilhamlanaraq müsabiqənin açılış mərasimi və firuzəyi xalısında daha bir özəl kontentimizi ərsəyə gətirdik. Bu kontentdə isə müsabiqəni və iştirak edən təmsilçiləri sevən azarkeşləri virtual formada qovuşdurmuş olduq.
Lakin bu cihazın yalnız “zoom” funksiyasından danışmaq kifayət etmir. Süni intellekt vasitəsilə elə bir sistem qurulmuşdur ki, xüsusən konsertlərdə, konfranslarda, iclaslarda və digər bu kimi səs küyün çox olma ehtimalı olan yerlərdə çəkiliş edəcək şəxslər üçün sevindirici bir özəllikdən də kontentlərimiz arasında yer verməsək olmazdı.
Beləliklə də bu il ən keyfiyyətli və detallı işlərimizlə Avroviziya 2025 mahnı müsabiqəsi həftəsini Samsung Azərbaycanla yekunlaşdırırıq. Sonda isə Samsung Azərbaycana göstəridiyi dəstəyə görə təşəkkür edirik!
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






