Ayaz Babayevdən Avroviziya 2026-a yaşıl işıq

Azərbaycanın məşhur müğənnilərindən biri olan Ayaz Babayev Avroviziya 2026 üçün yaşıl işıq yandırıb.

Sözü gedən müğənni, qonaq olduğu “Afaqla Onlar” verlişində təmsilçiliklə bağlı danışıb:

Əlbəttə gedərəm Avroviziyaya. Səhnədə 6 nəfər olur. Onlardan 5-i backvocal və rəqqas olur. Niyə oxumuram? Gedərəm oranı söküb, dağıdıb gələrəm. Lazım olsa xəbər edin.

Aparıcı Afaq Gəncəli müğənniyə gələn il seçimlərə qatılmağı məsləhət görsə də, Ayaz Babayev seçimlərə qatılmaq istəmədiyini, təklif gözlədiyini bildirib.

Qeyd edək ki, Ayaz Babayev daha əvvəl müsabiqədə iştirakdan çəkindiyini və getmək istəmədiyini bildirmişdi.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Avroviziyada münsif olmaq: Peşəkarlıq şərtdir?

Martin Ösderdahl Avroviziya ilə vidalaşır

Rəy bildir