Dünən İsveçrənin Bazel şəhərində keçirilən 69-cu Avroviziya mahnı müsabiqəsinin finalında Avstriya təmsilçisi JJ “Wasted Love” mahnısı ilə 436 xal toplayaraq qalib gəlmişdir. İfaçı münsif səsverməsinin qalibi olaraq, ümumi yarışı da qalib olaraq tamamlamışdır. JJ bu yolda son illərdə güclü münsif dəstəyi ilə qalib olan digər həmkarlarına qoşulmuşdur.
Bəs hər kəs münsif ola bilərmi? Əlbəttə ki, xeyr. Gəlin, onda AYB-nin münsif olan şəxslər üçün qoyduğu tələblərə göz ataq:
- Peşəkar musiqi təcrübəsi:
Münsiflər musiqi sənayesində tanınmış şəxslər olmalıdır – müğənnilər, bəstəkarlar, prodüserlər, musiqi jurnalistləri, vokal müəllimləri və ya digər musiqi sahəsində çalışan mütəxəssislər. Onların bu sahədə ciddi və etibarlı təcrübəsi olmalıdır. - Müstəqillik və tərəfsizlik:
Münsiflər yarışmadakı heç bir iştirakçı ilə şəxsi və ya maliyyə əlaqəsinə malik olmamalıdır. Onlar tərəfsiz şəkildə səs verməli, siyasi və ya şəxsi simpatiyaya əsaslanmamalıdırlar. - Vətəndaşlıq şərti:
Hər bir münsif öz ölkəsinin vətəndaşı və ya daimi sakini olmalıdır. - Yaş və gender balansı:
Hər ölkədən 5 nəfərlik münsiflər heyəti formalaşdırılır və bu heyətdə gender və yaş balansı nəzərə alınmalıdır. Ən azı bir münsif 30 yaşdan aşağı olmalıdır. - Dövri fasilə qaydası:
Eyni şəxs 3 ildən bir münsif ola bilər. Yəni, bir münsif ardıcıl olaraq hər il bu rolda iştirak edə bilməz. - Münsiflər kanalın işçisi ola bilməz.
Peşəkar kariyeradan başqa, münsiflərdən başqa keyfiyyətlər də tələb edilir:
- Musiqi duyumu və dəyərləndirmə bacarığı:
Münsiflər ifaçının vokal gücü, səhnə performansı, bəstənin keyfiyyəti və ümumi təəssüratı obyektiv şəkildə dəyərləndirməyi bacarmalıdır. - Etikdavranış və ədalətlilik:
Münsiflərdən dürüstlük, şəffaflıq və yüksək etik standartlar gözlənilir. Onlar şəxsi münasibətlərinə və ya ölkələrarası münasibətlərə görə səsvermə aparmamalıdırlar. - Məxfilik:
Münsiflər səsvermə nəticələrini və şəxsi rəylərini yarışma rəsmi olaraq bitənədək gizli saxlamalıdır. - Ünsiyyət bacarığı:
Münsiflər öz qiymətləndirmələrini aydın şəkildə ifadə edə bilməli və lazım gələrsə, AYB tərəfindən audit zamanı bunu əsaslandıra bilməlidirlər.
Münsiflər əsas yayımdan bir gün əvvəl yayımlanan jüri şousunun əsasında xal verirlər. 5 əsas münsifdən başqa, kanalda bir nəfər də əlavə münsif olmalıdır.
Təəssüflər olsun ki, bu qayda və tələblərə əməl etmək 100 % alınmır. Bəzən siyasi və qonşuluq amilləri, bəzən isə münsiflərin qeyri-peşəkar yanaşması bu tələblərin pozulmasına gətirib çıxarır. Bununla bağlı olan münsif səsverməsi qaydalarının pozulmasına görə Avroviziyada bir çox böyük skandallar yaranmışdır. Gəlin, ən məşhurlarına nəzər salaq:
Ən məşhur qayda pozuntuları:
1. 2022-ci ildə altı ölkənin münsif səslərinin ləğvi
2022-ci ildə Avroviziya mahnımüsabiqəsinin ikinci yarımfinalında və finalında Azərbaycan, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San Marinonun münsif səsləri ləğv edilmişdir. Avropa Yayım Birliyi (EBU) bu ölkələrin münsiflərinin bir-birinə yüksək xallar verdiyini və bunun “qeyri-normal səsvermə nümunələri” olduğunu bildirmişdir. Nəticədə, bu ölkələrin münsif səsləri etibarsız sayılmış və onların yerinə digər ölkələrin oxşar səsvermə nümunələrinə əsaslanan nəticələr tətbiq edilmişdir.
Əlavə edək ki, 2022-ci ildən sonra, Avroviziyada səsvermə sistemi dəyişdirilmişdir. Həmin blok səsvermədən bəri finalistlər sadəcə SMS — tamaşaçıların xalları ilə müəyyənləşdirilir. Qeyd edək ki, əgər münsif xalları olmasa, Azərbaycan ilk dəfə xalq səsverməsindən 0 alaraq, müsabiqəni sonuncu bitirəcəkdi. Elə bu sistem tədbiq edilən gündən, ölkəmizin Avroviziyada nəticəsi ildən-ilə pisləşir. Onu da qeyd etməyə dəyər ki, blok səsverməsi təkcə şərq ölkələri üçün xarakterik deyil. Belə ki, skandinaviya, balkan və qərbi Avropa ölkələri də bəzən blok səsvermə sistemini istifadə ediblər.
2. 2016-cı ildə Rusiya münsifinin qayda pozuntusu
2016-cı ildə Rusiya münsiflərindən biri, Anastasiya Stotskaya, yarımfinal məşqi zamanı münsiflərin səsvermə prosesini canlı yayımlamışdır. Bu, münsiflərin müstəqil və gizli şəkildə səs verməsi qaydasını pozmuşdur. AYB bu hadisəni araşdırmış və Stotskayanın münsiflikdən uzaqlaşdırılmasına qərar vermişdir .

Nəzərinizə çatdıraq ki, bu skandallardan hələ çox var və çoxunda ölkəmiz əfsuslar olsun ki, skandalların bilavasitə və dolayı yolla mərkəzində dayanır.
İndi isə, qayıdaq dünən baş tutan şounun əsas münsif məqamlarına. Müsabiqə bitdikdən sonra nəticələr və münsiflərin adları açıqlandı. Münsiflərin tərkibi barəsində məlumatı “eurovision.tv” saytından öyrənə bilərsiniz. Azərbaycan münsiflərinin tərkibi və xallarını isə bizim instaqram səhifəmizdə görə bilərsiniz.
Səs verən hər bir münsif ayrı zövqə sahib fərddir. Ona görə də onların hansı dərəcədə ədalətli kriteryalar və yanaşmalar tədbiq etdiyini demək bir qədər qəlizdir. Nəzərə alaq ki, ədalət məhfumu da nisbidir bu kontekstdə. Sadəcə olaraq, xalların “qəribə” paylandığı illərdə, müsabiqə izləyicilərinin mütləq əksəriyyəti onların seçimi ilə razılaşmır. Dəfələrlə münsif və xalq sesverməsi arasında kəskin fərqlər olmuşdur. Bunun ən yenisi isə münsiflərdən 214 xal alıb 2-ci olan ev sahibi İsveçrənin, xalq səsverməsindən 0 alıb sonuncu olmasıdır. Bu hal ölkəmizdən də yan ötmür. Ötən il münsiflər heyətinin xalları, öz dürüstlüyü və yüksək keyfiyyəti ilə fəxr hissi yaşadıb, ümid işartısı oyatsa da, görünən odur ki, yerli fanatların sevinci çox çəkməyib. Sosial mediyadan isə görsənən budur ki, fanatların müsabiqəyə olan yanaşmanın dəyişməsi ilə bağlı olan bütün gözləntiləri suya düşüb. Onlar münsiflərin tərkibi və verdiyi xallar ətrafında qızğın debatlar, tənqidlər edir və fikir bildirirlər.
Sonda qeyd edək ki, Avropa tamaşaçılarının bu ilki qalibi İsrail 297 xal almışdır. İkinci yerə isə, 258 xal ilə eston Tommy Cash çıxıb. Peşəkar münsif heyətinin qalibi Avstriya isə xalq səsverməsində 4-cü yerə çıxmışdır. Gündəm yeni və qızğındır. Odur ki, siz də qoşulun.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






