Azərbaycan şou-biznesinin tanınmış simalarından Ayaz Babayev, Avroviziya mahnı müsabiqəsi ilə bağlı maraqlı açıqlamalar verib.
Ayaz Babayev bildirib ki, Avroviziyaya qatılmaq onun üçün böyük riskdir. Çünki, müğənni düşünür ki, sözügedən müsabiqəyə qatılmaq onun indiki populyarlığına mənfi təsir göstərə bilər. Buna görə də Ayaz Babayev Avroviziyaya qatılmağı düşünmədiyini dilə gətirib:
“Avroviziyada özümü görmürəm. Ona görə yox ki, orda çıxış etmək üçün hər-hansısa “meqa, ultra” bir şeylər lazımdır. Məni sevənlər kimi, sevməyən insanlar da var. Gedib orada yaxşı bir nəticə göstərsəm, bu möhtəşəm olar.
Amma gedib orada aşağı nəticə göstərsəm hamı deyəcək ki, bu müğənni deyil, oxuya bilmir və s. Dünyada tanınmış və öz sözünü demiş heç bir müğənni Avroviziyaya getmir. “Altın Kelebek” mükafatından sonra Azərbaycanda heç bir mükafatlandırma mərasiminə qatılmıram.
Mən Avroviziyaya gedəndən sonra, heç bir iş görmək istəməyən müğənniləri də çox yaxşı başa düşürəm. Ora gedib böyük səhnəni, xoşbəxtliyi görəndə və Azərbaycana qayıdanda, görürsən ki, qırx kosmetoloq və ya hansısa həkim mükafat alandan sonra bir müğənni mükafat qazanır.
Mən sabah Avroviziyaya getsəm, sonra necə gəlib toyda oxuyacam? Düzdür, kim nə deyə bilər ki? Deyə bilməz. Amma özün düşünürsən ki, o səhnə hara, bu səhnə hara…Ona görə də o hissləri yaşamaq istəmərəm.
Qeyd edək ki, Ayaz Babayev illərdir yerli Avroviziya azarkeşləri tərəfindən Avroviziyaya namizəd kimi göstərilir.
Mənbə: Olay.az
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






