Mila Milesdən də Fahreeyə cavab gecikmədi

Nigar Camalın ardınca ötən il ölkəmizi təmsil etməyə ən böyük namizədlərdən biri olan Mila Miles də, Fahreenin paylaşımına və ümumi nəticələrə reaksiya verib:

Həqiqətən başa düşmürsünüz ki, nümayəndə heyəti münasibətlər qururdu, hamı ilə dostluq edirdi, PR üsullarından istifadə olunurdu ki, biz finala keçək və yaxşı yerlər tutaq?! Təkcə Azərbaycan olmaq və ‘bizim çoxumuzun xoşuna gələn’ bir mahnı oxumaqla finala keçmək, yaxud yaxşı yer tutmaq alınmaz…Bizim üçün vacib olan hər dəfə finala keçməkdir? Yoxsa yaxşı çıxış etməkdir?! Əgər biz hər dəfə uşaq kimi inciyəcəyiksə ki, keçmədik, onda risk etməyin heç bir mənası yoxdur. Bəli, mən düşünürəm ki, finalda Portuqaliya əvəzinə biz olmalı idik. Amma təəssüf, belə şeylər olur. Beynəlxalq müsabiqəyə gedəndə hər şeyə hazır olmaq lazımdır. Qaçıb, ulduz xəstəliyinə tutulub, uşaq kimi ‘Eurovision istefa’ yazmaq yox…


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Elgiz Əkbər: Onda günah yoxdur, günah onu seçənlərdədir

Avroviziyanın “səssiz” ölkəsi – Azərbaycan

Rəy bildir