Elgiz Əkbər: Onda günah yoxdur, günah onu seçənlərdədir

Məşhur aparıcı Elgiz Əkbər öz verlişində ölkəmizin Avroviziya çıxışı barəsində danışıb.

Zəif idi. Boynumuza alaq. Layiq olduğumuz yeri tutduq. Performans yaxşı idi: işıqlandırma və təqdimat. Vokal çox zəif idi. Mahnının ifası, gəlin razılaşaq ki, zəif idi. Mən demirəm ki, onlar pis ifa elədilər. İkili standart, haqsızlıq demək bu ifaya görə elə haqsızlıq olar. Mahnı pis mahnı deyil. Amma nəysə.

Daha sonra o, müsabiqəni izlədiyi zaman böyük təəssüf hiss keçirdiyini deyib. Aparıcı müsabiqəni çox bəyəndiyini, gözəl çıxışların (İspaniya, Kipr) olduğunu qeyd edib. O, əlavə edib ki, musiqiçi olmadan belə, çıxışın uğursuz olduğunu demək olar.

Mən demirəm ki, o oğlan bunu bacarmadı. O yazıq oğlan əlindən gələni etdi. Falset oxudu. O boyda ifaçılar arasına çıxan biri onu yüksək səviyyədə təqdim etməlidir. Azərbaycanda falsetin atası Elnurdur. Ən azı onu kimi oxumalı idi. Günahı yoxdur, günah onu seçənlərdədir. Hansı kriteryalarla seçiblər? Ancaq bəlkə də, bilmədiyimiz məqamlar var. Bəlkə də, belə olmalı imiş.

Daha sonra isə Elgiz, Səfaelə uğurlar arzu edərək ona fəaliyyətində uğurlar arzu edib. Qeyd edək ki, ölkəmizin ardıcıl 3-cü dəfə finala keçə bilməməsi ölkədəki bloggerlər, aparıcılar və ifaçılar arasında birmənalı qarşılanmayıb.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Nigar Camaldan Fəxrinin boykot çağırışına cavab gecikmədi

Mila Milesdən də Fahreeyə cavab gecikmədi

Rəy bildir