Dünən gecə Mamagamanın finala keçə bilməməsinin ardından ötən ilki təmsilçimiz Fahree Avroviziyanı istefaya çağırıb.

Nigar Camal isə paylaşıma reaksiya verərək bu çağırışı birmənalı qarşılamayıb:
Yalnız finala keçə bilmədikləri üçün Avroviziyanı boykot etməyə çağırmaq… Bu, ən yumşaq ifadə ilə desək, qeyri-ciddi bir yanaşmadır. Bu, dünyanın ən böyük musiqi yarışmasıdır və orada iştirak etmək artıq bir şərəfdir. Finala keçə bilmədiniz? Oldu, başa düşürəm… Belə hallar olur. Boykot çağırışı etməkdənsə, daha yaxşısı budur ki, nələri düzəltmək olar, onu düşünək. Elə bir iştirak göndərək ki, növbəti dəfə mütləq finalda olaq. Konstruktiv tənqid və səhvlər üzərində işləmək – mənə inanın, daha çox fayda verir. Mamagamma komandası çalışdı, əziyyət çəkdi… amma çox təəssüf!!!
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






