Böyük Beşlik ölkələri və İsveçrə ilk məşqlərini həyata keçirir (Canlı Bloq)

Bu gün St.Jakobshalledə Avroviziya 2025-in Böyük Beşlik ölkələri İspaniya, Birləşmiş Krallıq, Fransa, Almaniya, İtaliya və ev sahibi ölkə İsveçrə ilk məşqlərini həyata keçirəcək. Qeyd edək ki, bu ölkələr birbaşa finala vəsiqə qazanır.

Lakin birinci yarımfinalda İsveçrə, İspaniya və İtaliya, ikinci yarımfinalda isə Fransa, Almaniya və Birləşmiş Krallıq səsəvermədə iştirak edəcək. Canlı şou zamanı da bu ölkələrin təmsilçilərinin performanslarını canlı izləyəcəyik.

Gün ərzində məşqlərdə baş verən hadisələri bloqumuzdan oxuya bilərsiniz.

İlk məşq sırası İspaniyanındır.

İspaniya bu dəfə əvvəlki planlardan tamamilə uzaqlaşaraq yeni, daha strukturlu və teatr atmosferli bir səhnə çıxışı təqdim edib. Artıq göydən enən yelləncək, taxt-rekvizit və çəhrayı neon işıqlar yoxdur. Onların əvəzinə performans üç hissəyə ayrılıb : Başlanğıcda bənövşəyi tonlar, ikinci hissədə qırmızı enerjisi, finalda isə ağ rənglərə keçid və fon ekranında dağ mənzərəsi görünür.

Səhnədə üçü kişi, ikisi qadın olmaqla beş rəqqas var. Onlar hər aktda kompozisiyanı dəyişərək performansa dərinlik və dinamika qatırlar. Bütün çıxış rəng, ritm və enerji keçidlərinin harmoniyasına əsaslanır.

İfaçının geyimi qara, diqqətçəkici səhnə kostyumudur. Çiyinlərində və omba hissəsində uclu elementləri olan korse, qara papaq və dizdən yuxarı uzun çəkmələrlə tamamlanır. Çıxışın ilk səhnəsində onun siluetini ağ fonda yalnız kölgə kimi görürük, bu da saç düzümünü, manikürünü və geyimini vurğulayır.

Çıxışın kulminasiyası son 10 saniyədə baş verir. Bu hissədə intensiv və güclü xoreoqrafiya ilə performans zirvəyə çatır.

Sırada İtaliya var.

İtaliyanın səhnə çıxışı Sanremo festivalındakı performansın ruhunu qoruyaraq Avroviziya səhnəsinə köçürülüb. İfaçı çıxışa uzun bir pianonun yanında başlayır. Üzərində gen çiyinli bolero var. Bu geyim ifaçının rəsmi klipindəki sarı jaketi xatırladır. Obrazı səhnəyə uyğun xüsusi makiyaj tamamlayır. Onun yanında isə gitarada ifa edən, eyni zamanda mahnının müəlliflərindən biri olan Tommaso Ottomano dayanır.

Çıxışın ilk hissəsində vokalist pianonun yanında qalır, daha sonra isə gitara ilə səhnənin ortasına keçir. Arxa fonda retro üslubda iki nəhəng dinamik yerləşdirilib. Biri təxminən 4 metr hündürlüyündə kvadrat formadadır, digəri isə bir qədər kiçikdir.

Televiziya çəkilişləri zamanı köhnə foto tonlarını xatırladan qəhvəyi çalarlardan istifadə olunur ki, bu da ümumi ab-havaya 1970-ci illərin estetikasını qatır. Eyni zamanda ekranın aşağı hissəsində ingilis dilində altyazılar görünür. Son nəqaratdan əvvəl ifaçı ağız harmonikasında solo ifa edir. Çıxışın sonunda hər iki musiqiçi səhnənin ön hissəsinə doğru irəliləyir.

İtaliyanın bu çıxışı canlı instrumental ifa, sadə və səmimi vizual üslub ilə seçilir. Bütün performans kamera qarşısında şəxsi və yaxın bir atmosfer yaratmaq məqsədilə hazırlanıb.

Məşq sırası ev sahibi İsveçrənindir.

İsveçrə təmsilçisinin çıxışı sanki bir filmdir. Heç bir fasilə, montaj və ya keçid yoxdur. Səhnədə nə rəqs, nə dekorasiya, nə də pirotexnika var. Sadəcə ifaçı, kamera və duyğular.

Mahnıya ifaçı oturaraq başlayır. Üzərində çiyinləri açıq, tünd qırmızı, bənövşəyi və göy güllərlə bəzədilmiş qara ipək don var. İşıqlandırma səhnəni sanki sonsuz qara bir boşluğa çevirir. Rəssam Karavaccionun tablolarını xatırladan bir tərzdədir. Çəkiliş əl kamerası ilə aparılır, görüntü bir az bulanıq və çox emosionaldır, sanki sən də onunla bərabər o anı yaşayırsan.

Mahnının zirvə anında səhnəyə dum yayılır, külək və işıq şüaları əlavə olunur. Amma kamera dəyişmir. Kamera əvvəlki kimi ifaçını izləyir, hərəkət ritmini pozmadan onunla birlikdə hərəkət edir. Nömrənin sonunda zalın görüntüsü çəkilir. Telefon işıqları səmadakı ulduzlar kimi parlayır. Sonra hər şey yenidən qaranlığa qərq olur. Bu çıxışda diqqət yalnız ifaçının özü üzərində cəmlənib. Bütün tamaşa onun varlığı, səhnədəki duruşu və hissləri üzərində qurulub. Bu isə minlərlə insanın izlədiyi o böyük səhnədə tamamilə şəxsi və dərin bir an yaradır.

Birləşmiş Krallığın səhnəsi aşağıdakı kimi təsvir edilir.

Böyük Britaniyanın səhnə çıxışı bir qız otağını xatırladan, ürək formasında köhnə tərzdə bəzədilmiş bir məkanda başlayır. Səhnədə qızlar hər biri bel hissəsi dar, köhnə üslubda donlar geyinib. Donların rəngləri açıq mavi, açıq çəhrayı və solğun sarıdır. Ümumilikdə səhnə sanki ötən gecə keçirilmiş bir partidən sonrakı sakit, dağınıq səhər ab-havasını yaradır.

Səhnənin ortasında təxminən üç metr uzunluğunda böyük bir lüstur yan yatmış vəziyyətdədir. Bu lüstur müəyyən anlarda müxtəlif rənglərlə işıqlandırılır və bu da səhnəyə bir növ xaotik və emosional görüntü verir. Birinci nəqaratdan sonra ifaçılar qız otağını tərk edərək səhnədən podyumla mərkəzi səhnəyə doğru hərəkət edirlər. Bu hərəkət sanki onları əvvəlki gecənin xatirələrinə doğru aparır.

İşıq effektləri musiqinin gedişinə uyğun olaraq dəyişir. Musiqinin ən güclü yerində səhnə qaralır, lakin finalda hər şey işıqlanır və ifaçılar yenidən o qız otağına qayıdır. Nömrə boyunca kamera işinə də xüsusi diqqət ayrılıb. Lüsturun geniş planda çəkilişləri və səhnənin yuxarıdan görünüşləri nümayiş etdirilir. Məşq zamanı hələ atəşfəşanlıq və digər səhnə effektləri istifadə olunmayıb, lakin növbəti məşqlərdə onların əlavə olunması planlaşdırılır.

Məşqini tamamlayan növbəti ölkə Fransadır.

Səhnənin ortasında qumlanmış dairəvi bir sahə var. Müğənni uzun, dantelli qara rəngli libas geyinib və ayaqyalındır. Səhnə, Louaneni arxadan vuran ağ spot işığı ilə başlayır. 

Səhnənin təpəsindən çəmbərin kənarına davamlı şəkildə qum tökülür. 

Çıxışın ortasında Louane diz çöküb qumu təmizləyir və özünü gördüyü güzgülü bir zəmin ortaya çıxır. Final hissəsində kamera Louanedən uzaqlaşır və böyük bir işıq partlaması ilə çıxış sona çatır. 

Sonuncu məşq edən ölkə isə Almaniya olub.

Performans müğəninin yüksək bir pərdənin önündə durub, ağ işıqların arxadan səhnəni aydınlatması ilə başlayır.  

Pərdə daha sonra böyük bir gurultu ilə düşərək 80-ci illər tərzi boombox formasında rekviziti ortaya çıxarır.

Qadın vokalist boombox platformasının üzərində ilk bəndi və nəqarəti söyləyir. Daha sonra müğənniyə dörd rəqqas qatılır və rəqqaslar əllərindəki fənərləri müğənninin üzərinə tutur.

Müğənni qara rəngli qısa şortik, uzun çəkmələr və dəri uzun əlcəklər geyinib. 

Mavi və ağ işıqlarla LED ekrandakı “Baller” yazısı çox gözəl görünür. 

Final hissəsində müğənni səhnədə rəqs edir və oğlan da ona qatılır. Oğlan musiqiçi də həmin rekvizitin üzərində çello çalmağa davam edir. 

Ən sonda isə atəşfəşanlıq görürürük.

Credit: EBU

Bu gün böyük beşlik və ev sahibi ölkədən başqa, ikinci yarımfinalda yarışan doqquz ölkənin də ikinci məşqləri baş tutub. Sabah isə ikinci yarımfinalın geriyə qalan bütün ölkələri ikinci məşqlərini tamamlayacaq.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Nurlana Cəfərova: Səhnənin sonunda sürpriz olacaq

Avroviziya yarımfinalında mühüm dəyişiklik!

Rəy bildir