Avroviziya 2025-in prodüserləri ilə keçirilən bir müsahibədə bu ilki müsabiqədə finalçıların elan olunması qaydasında dəyişikliklər olacağı açıqlanmışdı. Sosial mediada yayılan iddialara görə isə format bu şəkildə olacaq.
Yeni ssenariyə əsasən, birbaşa finalçının adı çəkilməyəcək. Əvvəlcə üç ölkənin adı açıqlanacaq. Bu ölkələrdən sadəcə biri finalçı olacaq. Daha sonra isə bu üçlükdən finala keçən ölkənin adı səsləndiriləcək.
Bu proses ilk doqquz finalçı üçün bu cür davam edəcək. Yəni bəzi ölkələrin adı bir neçə dəfə səsləndirilə bilər, lakin bu, onların keçəcəyinə və ya keçməyəcəyinə zəmanət verməyəcək. Bu format daha əvvəl America’s Got Talent kimi şoularda istifadə olunub.
Məsəl olaraq :
Qarşımızda Ukrayna, Azərbaycan və Estoniya var. İlk finalçı olan ölkə… Estoniya!
Təbriklər, Estoniya! Azərbaycan və Ukrayna, sizə hələ qayıdacağıq. Davam edək.
Sloveniya, İslandiya və Polşa. İkinci finalçı isə… Polşa!
Unutmayın, heç kim hələ uduzmayıb!”
Bu yeni sistem həm gərginliyi artırmaq, həm də tamaşaçılara daha interaktiv təcrübə yaşatmaq məqsədilə tətbiq ediləcək.
Qeyd edək ki, məlumat rəsmi təsdiqini tapmayıb.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






