Avroviziya 2025 səhnəsində məşqlər tam sürətlə davam edir. Dünən baş tutan ikinci məşqdən sonra komandamız canlı ifasını tamamladı və səhnə görüntüləri az sonra sosial mediada paylaşılmağa başladı. Qısa zamanda yayılan video görüntülər isə fanatları iki yerə ayırdı.
Bir çox izləyicilər Mamagamanın enerjisini, səhnə işıqlarını və hərəkətli atmosferi yüksək qiymətləndirsə də, səslə bağlı müəyyən texniki problemlərdən şikayət ediblər. Əsas narazılıqlar sinxronizasiya, bək vokalların çıxışı və səsin balanssız olması ilə bağlı olub. Bu rəylər X (keçmiş Twitter), Instagram və Facebook-da yerli və xarici fanatlar arasında geniş müzakirə mövzusu olub.
Mövzu ilə bağlı nümayəndə heyətimizin rəhbəri Nurlana Cəfarova 12xal-da eksklüziv olaraq gələn rəylərlə bağlı açıqlama verib. O bildirib:
Pis fikir də gələ bilər, tənqid də ola bilər. Amma səhnədən görüntü gözlənildiyi halda, bekvokal məsələsini bu qədər böyütmək çox başqa səbəblər gizlədir özündə.
Bundan başqa, Cəfərova səhnədə olan texniki problemlərə də aydınlıq gətirib:
Texniki problem var. İfaçı zalın exosunu eşidir. Maneə var. Aradan qaldırılacaq. Narahat olmayın. Bundan başqa Madriddə çıxış etməmə səbəbimiz isə, Asəfin səhhəti ilə əlaqədar idi.
Daha sonra Nurlana xanım milli seçim turu ilə bağlı planlarının olduğunu, sadəcə Azərbaycanda biraz məşhur, istedadla eqosuz olan müğənnilərin olmadığını əsas gətirərək, dolayısıyla milli final təşkil edə bilmədiyinə təəssüfləndiyini bildirib.
Cəfarova eyni zamanda bildirib ki, əsas səhnə çıxışında fanatları böyük sürprizlər gözləyir.
Hazırda komanda bütün texniki detalları nəzərdən keçirərək çıxışda müşahidə olunan problemləri aradan qaldırmaq üçün çalışır. Biz isə, öz növbəmizdə növbəti məşqdə daha təkmil, daha güclü bir Mamagama görəcəyimizə ümid edirik. Necə deyərlər, adı üstündə “məşq”. Məşq edərək əsas çıxış üçün təkmilləşmək üçün kifayət qədər zaman və resurs var.
Sonda qeyd edək ki, Mamagamanın növbəti məşqi 12 may tarixində Bakı vaxtı ilə saat 17:30-da başlayan paltar məşqi şousunda olacaq. Daha sonra saat 23:00-da isə şərti olaraq, münsif şousu başlayacaq. 13 may yarımfinal günü isə sonuncu paltar məşqi saat 17:00-da başlayacaq. Qeyd edək ki, paltar məşqləri digər məşqlərdən, şou formatı ilə davam etməsi ilə fərqlənir. Burda bütün aparıcılar, interval şouları və yalançı səsvermələr olur.
sitesinden daha fazla şey keşfedin
Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.






