Bu gün St.Jakobshalledə Avroviziya 2025-in ikinci yarımfinalında qalan səkkiz ölkənin ilk məşqləri baş tutub. Artıq bu gün bütün yarımfinalist ölkələrin təmsilçilərinin ilk məşqləri tamamlanmış olacaq.

İlk məşq sırası ilin fan favoritlərindən Maltadadır.
İlk olaraq çıxışı Do-Re-Mi-Fa-ss-servis edirik! Səhnə MESC-dəki səhnədən tamamilə fərqlənir.
Səhnədə böyük bir rekvizit var. Dönən bir disko topunu tutan böyük, parlaq qırmızı dodaqdan hazırlanmış bir rekvizitdir. Rekvizit təxminən yerdən üç metr yüksəkliyindədir və səhnənin mərkəzində yerləşir.
Performansın əvvəlində Mirana ilə birlikdə rekvizit fırlanır. Mirana qara əlcəkli, qat-qat ətəyi olan böyük və parlaq sarı paltar geyinib.
Daha sonra Mirana disko topunun üzərindən qalxır və MESC-də olduğu kimi birdən paltarı dəyişir. Bu paltar qırmızı və qara rənglərdən hazırlanmış parlaq bir tulumdur. Bu arada, saçlar da artıq parlaq qırmızıdır. Hər şey zəhərli çiçəkdən, sevgi baxçasına keçid kimi hiss etdirir.
Xareoqrafiya MESC-dəki xareoqrafiyaya olduqca bənzəyir. Miranaya dörd rəqqas qoşulur və rəqqaslar Von Trapp geyimləri geyiniblər. Qırmızı zolaqlı corablar və qırmızı kürklü pencəklərlə libas daha da gücləndirilib.
LED divarlarda partlayan çiçəklər, rəqs edən ayaqlar və leopard qrafiklər yer alır. Final hissəsinə təbii ki, səhnəyə gimnastik rezin toplar gəlir. Mirana və rəqqaslar topların üzərində hoppanmağa başlayır. Ən sonda isə LED ekranda “DIVA NOT DOWN” yazısı yazılır.
Nəqarətlərdə alov jetləri və finalda isə atəşfəşanlıq görürük.

Qonşu Gürcüstan səhnəyə çıxır.
Səhnədə böyük bir qaya rekviziti daha var. Mariam qayanın üzərində uzun, ətəkləri qat-qat olan tüldən hazırlanmış gümüşü rəngli bir libasla dayanıb. Mariam bu paltarla möhtəşəm görünür və sanki, qayanın bir parçasına çevrilir.
Dörd oğlan rəqqas ətrafında rəqs etməyə başlayır və hamısı qara rəngdə gürcü milli geyimi olan “chocka” geyinib. Geyimlər dar başlıqlar və qara çəkmələrlə də dəstəklənib. İkinci nəqarətdə rəqqaslar mavi və ağ bayraqlarla performans sərgiləyirlər.
LED divarlardakı qrafiklər bəsit, amma gözəl görünür. Mariamın arxasında, səhnədə yerləşən iki dağ ledi arasından bir ay yüksəlir. Bu ay, fırtına buludları və neon halqalarla qırmızı bir günəşə çevrilir. Mahnı irəlilədikcə qrafiklər dinamikləşməyə başlayır. Bu il bir çox ölkə səhnədəki ledlərdən olduqca gözəl şəkildə istifadə edir.
Mahnının ortasında Mariam qayadan enir və paltarından ayrılır. Nəqarətə qırmızı qaşlı bir libasla davam edir. Final hissəsində Mariam mahnısını çərçivəyə doğru oxuyur. İlk nəqarətin əvvəlində yerdə duman jetləri görünür.

Növbəti məşqini həyata keçirən ölkə Danimarka olub.
Sissal mahnısını səhnənin ortasındakı qara bir rekvizit üzərində dörd parçaya bölünmüş və bir külək maşını ilə hərəkət etdirilən şəffaf bir pərdənin ətrafında səsləndirir. Səhnə neon işıqlar və fləşlərlə bəzədilib.
İlk olaraq müğənni, çoxlu qatları olan uzun mavi və ağ bir palto ilə qarşımıza çıxır, ancaq ikinci nəqarətdə paltonu çıxaranda uzun qollu, parlaq mavi bir tulum (body) və yüksək dabanlı çəkmələr ortaya çıxır. Ətrafında pərdələrlə əlaqədə olan dörd rəqqas var.
Finalda rəqqaslar tamamilə mavi parçaya bürünür və Sissial rekvizitin önünə gəlir. Rəqqaslar ayaqlarını zəminə sabitləyir və mahnının ritmi ilə əyilirlər. Performans güclü vokal ilə sona çatır və hər-hansısa bir pirotexnikadan istifadə edilmir.

Çexiya səhnədədir.
Çıxışın mərkəzində ADONXS yer alır. İşıq oyunlarına aid xareoqrafiya və qrafiklərlə səhnə dizayn edilib. Performansda dramatik tərzdə hazırlanmış, LED ekranda qara rəngdə yanıb-sönən fiqurlar dalğa effekti yaradır və film açılışını xatırladır.
Müğənninin üzərində gümüşü rəngli geniş paçalı şalvar, qollu ağ üst geyimi və ağ əlcəklər var. İkinci nəqarətdə bənzər paltarlar geyinmiş dörd rəqqas müğənniyə qatılır və ağ səhnədə sinxron şəkildə xareoqrafiya göstərirlər.
Breakdance (rəqs fasiləsi) sırasında işıqlandırılmış “lego işıqları” alçaldılır və bütün səhnə qırmızı fləş işığı ilə bağlanır. Pirotexnikadan istifadə edilmir.

Lüksemburqun səhnəsi aşağıdakı kimi təsvir edilir.
Performans milli finaldakı çıxışdan önəmli ölçüdə fərqlənir. Oğlan rəqqasların 60-cı illərin stilindəki hərəkətlərlə kukla elementlərin bir araya gətirdiyi “kukla Laura” konsepsiyası qorunub, ancaq səhnə üzərində və arxasında yer alan güclü LED ekranların köməyi ilə performans kifayət qədər böyüyüb.
Laura artıq çəhrayı və qırmızı rəngdəki libası ilə səhnədədir. Qırmızı paltar geyinən beş oğlan rəqqas xareoqrafiya göstərir. Performansın ortasında paltar Lauranın üzərindən çıxarılır və gümüşü paltar ortaya çıxır.

İsrail ilk məşqi üçün səhnədədir.
Səhnənin ortasında bu ilin ən böyük iki mərtəbəli böyük rekviziti yer alır. Rekvizit, hər bir mərtəbəsi parlaq gümüşü iplərlə dolanmış bir quş qəfəsi və kristal lüsturun modern kombinasiyası kimi görünür. Üst qat alt qatdan daha kiçikdir və rekvizitin bir tərəfində pilləkən var.
Yuval səhnənin önündə tünd mavi işıq altında, geniş çiyin detallı və flamenko tərzi qollu qara bir libasla çıxışına başlayır. İkinci nəqarətdə mərkəzdə yerləşən rekvizitə doğru addımlayır. Mahnının fransızca hissəsində rekvizitin önündən keçir və ardından üst mərtəbədə mahnısının son hissəsini səsləndirmək üçün pilləkənləri qalxır.
Səhnənin önəmli hissəsində çıxış atəşfəşanlıqla dolur və finalda da böyük bir atəşfəşanlıq görürük.

Növbəti ölkə Serbiyadır.
Müğənni performansına əsas səhnənin ortasında başlayır və ilk nəqarəti kölgədə söylədikdən sonra qara paltarlı üç rəqqas Princlə birlikdə rəqs etməyə başlayır.
Princin üzərində dəbdəbəli qırmızı kostyum var. Çıxış zamanı gözlənilməz şəkildə iki rəqqas müğənnini ayaqlarından tutaraq səhnənin önünə gətirir. LED ekranlar isə qırmızı işıq və alov qrafkiləri ilə partlayır. Səsdə heç bir problem yoxdur. Duman pirotexnikasından istifadə edilir.

Sonuncu olaraq isə ilin əsas favoritlərindən Finlandiya səhnəyə çıxır.
Səhnə tamamilə milli finalın daha sərt və böyük versiyası kimi görünür. Erika dairəvi qızılı rəngli platforma üzərində mahnısını oxumağa başlayır. Daha sonra əlinə qızılı bir mikrafon tutaraq, səhnənin kolidorunda yeriməyə başlayır.
Paltar qara dəri ətəyapışan parçadan hazırlanıb. Geyim metal mismar aksesuarlar, uzun əlcəklər və dizdən çəkmələr ilə gücləndirilib.
Final hissəsində Erika əsas səhnəyə qayıdır və yuxarıdan iplə asılmış böyük qızıl mikrafona dırmaşır. Mikrafondan ən sonda qığılcımlar çıxır. LED ekranda müğənninin adının göründüyü qrafiklər görürük. Nəqarət hissəsində duman effektlərindən istifadə edilir.

Sabah birinci yarımfinalist ölkələrin ikinci məşqləri baş tutacaq.
Credit: EBU
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






