Bu gün Avroviziya 2025 məşqlərinin 5-ci günü başa çatdı və ilk yarımfinalda iştirak edən 15 ölkə Bazel səhnəsində ikinci məşqini etdi.
Belə bir anda isə diqqətləri Azərbaycan təmsilçisinə, daha doğrusu təmsilçimizin səhnə geyiminə çəkmək istərdik.
Belə ki, parlaq dəri geyimlər, qızılı, narıncı və qırmızı tonlardaki parlaq daş qaş vəəə xarıbülbül detallı əlcəklərdən danışmasaq olmazdı.
Əvvəla onu qeyd edək ki, təmsilçi kimi Mamagamanın seçilməsinin ardından klip çəkilişlərindən tutmuş bir çox görüş və tədbirlərdə qrup üzvlərinin tərzində Niko kimi tanınan Niqamət Qurbanovun imzası var.
Onların imicindən xüsusi məsuliyyət daşıyan Niko səhnə üçün də özəl bir geyim dizaynı edib desək, yanılmarıq.
Qrup solisti Asəf üçün uzun boğaz və bol parlaq qara dəri bir şalvar, eyni materialdan olan üst geyimi ilə tamamlanır. Sadə və şık bu geyim səhnənin tonlarına uyğun formada alovları simvolizə edəcək bir şəkildə daş-qaşlar ilə bəzədilib.
Mişiyevin əllərinə diqqət! 👀 Azərbaycan üçün xüsusi bir məna kəsb edən, xarıbülbül ifaçının əlcəklərində öz əksini tapır. Bu işıl-işıl parıldayan əlcəklər səhnəni sözün əsl mənasında çiçəkləndirib.

Qrupun digər üzvləri, Həsən və Arif də solistdən geri qalmır. Onlar Asəflə əsl harmoniyadadır. Eyni tonlarda geyimlər və qaşlar onlardan gözümüzü çəkməkdə bizə mane olur…
Qrupa müşaiət edən rəqqasları da göz ardı etməyək. Hər birində xüsusi əmək olduğunu vurğulamaqda haqqımız var.
Onlar səhnədəki canlı alovlar kimidir. Rəqsləri və bekvokalistlikləri ilə qalmırlar, həm də alov kimi səhnədə alışırlar.
Bəs geyimlərin hazırlanması?
Geyimlərin ideası Nikonun özünə məxsusdur. Tam olaraq Azərbaycan istehsalıdır və Kamilla Babayevanın dəstəyi ilə “L’arch Atelier”də tikilmişdir.
Niko geyimlər və ümumiyyətlə bu stili seçməsi haqqında da ilk dəfə fikirlərini bizimlə bölüşüb:
Bildiyiniz kimi, bu mənim Avroviziyada tək başıma stilistlik etdiyim ilk il olsa da, Avroviziya ilə bağlı ilk təcrübəm deyil. Amma xüsusilə səhnə geyimi kimi önəmli və həlledici bir işin mənə həvalə edilməsini nəzərə alsaq, qeyd edə bilərəm ki, yetərincə məsuliyyətli davranmağa çalışmışam. Mamagama kimi istedadlı musiqiçilərlə çalışmaq isə mənim üçün çox xoşdur. Onların musiqiyə olan baxış nöqtəsi və vizyonu mənə Mamagama üçün işləməyi daha rahat bir hala gətirdi.
Səhnə geyimlərinə gəldikdə isə, söyləyə bilərəm ki, odlar yurdunu təmsil edən Mamagama üçün əsas ilham mənbəyim alov olmuşdur.
Modern geyimlər milli musiqi alətimiz saz və onların rəng çalarlarında alovun istiliyini ötürdüyümüz rəngli daş-qaşlar.
Bu geyimləri bir digər xüsusi edən isə təbii ki, xarıbülbül işləməli əlcəklərdir. Hər birimiz üçün xüsusi bir simvola çevrilən bu çiçək indi milyonların qarşısında təkrar çiçəklənəcək.

Qeyd edək ki, 11 may tarixində baş tutacaq Avroviziya 2025 mahnı müsabiqəsinin açılış mərasimi üçün də xüsusi geyimlər hazırlanıb.
Dizayner Gülnarə Xəlilovanın kolleksiyasından olan milli ornametlərin üstünlük təşkil edəcəyi kostyumlar ilə açılışda danışılacaq təmsilçilərdən olacaqlarını indidən bildirə bilərik.
📷 Alma Bengtsson, Corinne Cumming, Sarah Louise Bennett / EBU
sitesinden daha fazla şey keşfedin
Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.














