Avroviziya 2025: Məşqlərin üçüncü günü baş tutub

Bu gün St.Jakobshalledə Avroviziya 2025-in ikinci yarımfinalında yarışacaq daha səkkiz iştirakçının ilk məşqləri baş tutub.

İlk məşq sırası Avstraliyadadır.

Performans, Go-Jo-nun coşğulu bir satıcı olaraq yer aldığı retro reklam çarxı ilə başlayır. Go-Jo səhnədə çox enerjilidir və bacarıqlarını səhnədə göstərməyə başlayır.

Cəsur neon rəngləri, maraqlı geyimləri və nostalji cəlbediciliyi ilə Milkshake Man klipindən ilham alır. Səhnə 80 və 70-ci illərə göz qırpır. Performansın ortasında böyük bir rəng partlaması da var.

Televiziyadan bu çıxışı izləyən hər kəs çox əylənəcək. Go-Jo qırmızı zolaqlı yaxa detalı olan pencək və qırmızı qalstuku ilə çox şirin görünür. Müğənninin rəqqasları isə qırmızı və ağ zolaqlı geyimlər geyinib.

LED qrafiklər səhnənin hər yerini doldurur. Mahnının “Yum Yum” hissəsindən sonra bütün arena çəhrayı lazer partisinə çevrilir.

Növbəti məşqini edən ölkə Monteneqro olub.

Ninanın geyimi milli finaldakı geyiminə bənzəsə də tam olaraq eyni deyil. Ninanın üzündə ağ maska var ki, bu maska mahnının ilk körpüsünə qədər müğənninin üzündə qalır. Geyindiyi libasın uzun ağ quyruğu da var.

Nina, ağ libası və qırmızı pomadası ilə çox eleqant görünür. Libasını Vladananın 2022-ci ildə geyindiyi paltara bənzədirik, lakin paltardakı dairə detalı paltarın ayrılmaz hissəsi kimi görünür.

LED divarda ağ işıq qrafikləri var. Çıxış boyunca səhnənin rəngləri ağ və mavi tonlarda olur. Nina performansına səhnənin mərkəzində başlayır və finala doğru çərçivəyə doğru addımlayır. Çıxış Montesongdan daha dinamik görünür. Çıxışın bəzi yerlərində alçaq ağ duman pirotexnikasından istifadə edilir.

İrlandiya səhnədədir.

Emmy performansına, səhnənin ortasında ay moduluna bənzəyən parlaq bir metal platformanın üzərindəki spot işıqlar altında başlayır.

Emmynin üzərində gümüş metallik bir pencək, ətək, gümüş çəkmələr ve başlıq var. Yanında gümüş pencəkli və ulduz formalı eynəyi olan qardaşı Erland klaviaturanın başında dayanır. Gümüş şalvar və qara-gümüşü köynək geyinən dörd rəqqas da səhnədədir.

Səhnə dizaynı neon planetlərlə tamamlanır və sümüklər yerinə LED divarlarda artıq hərəkətli kosmik pişiklər və nəqarətdə Laika iti görünür. Hər şey parıltılı və kosmikdir.

Latviya ilk məşqini uğurla başa vurub.

Tautumeitas səmimi və hipnotik bir atmosfer yaratmaq üçün istifadə edilən pərdələrlə çıxışına başlayır. Hər şey Supernovada baş verənlərlə demək olar ki, eynidir. İşıqlar və animasiyalarda kiçik dəyişikliklər var. LED divar qızlara müəyyən yerlərdə “quyruq” əlavə edir ki, bu da onları “əfsanəvi bir məxluqa” bənzədir.

Qrupun üzvləri üzərində budaq və ya qanad bənzəri detalları olan tulumlar və mahnı boyunca işıq saçan baş aksesuarları geyinib. Səhnədə sehrli atmosfer yaratmaq üçün tüstülərdən istifadə olunur.

Ermənistanın səhnəsi aşağıdakı kimidir.

Səhnə milli finaldan tamamilə fərqlənir. İşıqlı legolar mahnın ritmlərinə uyğun şəkildə yanıb-sönürlər.

PARG güclü iki işığın arasında performansına başlayır. Spot işıqlarının köməyi ilə sanki PARG tuneldədir. Səhnədəki əsas rekvizit qaçış aparatıdır (trenajoru). PARG nəqarətlərdə qaçış aparatında qaçır və mahnısını səsləndirir.

Paltarda da dəyişikliyə gedilib. Müğənni qara köynək və enli paçalı dəri şalvar geyinir. Çıxışın sonunda lego işıqları səhnəyə çox yaxınlaşır.

Önəmli anlarda pirotexnikalar var. Xüsusi ilə nəqarətdə alov və buxar jetlərindən istifadə edilir. Sonda isə atəşfəşanlıq görünür.

İlin ən böyük favoritlərindən Avstriya səhnədədir.

Çıxış bütünlüklə qara-ağ olaraq dizayn edilib ki, bu da texniki olaraq müəyyən çətinliklər yaradır. İşıqlandırma bu səhnə üçün olduqca vacibdir.

Mərkəzdə oduncaq dirəkli və ağ yelkənli sandıqdan hazırlanmış bir gəmi rekviziti var. JJ gəmidən düşmədən, dirəyi tutaraq mahnısını səsləndirir. İkinci nəqarətdə səhnədə fırtına başlayır və kamera bucaqları çox professional şəkildə idarə edilir. Sanki, gəmi okeanda dalğalanır.

Son nəqarətdə LED ekranda dalğalar və buludlar görünür. İşıqlar yanıb sönür və JJ gəmidən düşməməyə çalışır. Müğənni iki qolu ilə gəminin dirəyindən yapışır və buraxmır. Yüksək notlarda heç bir problem yoxdur.

Ən sonda kamera, zəmin ledindən çıxan girdabın gəmini içinə çəkməsini lentə alır və ən sonda ağ mayak işığı ortaya çıxır.

Yunanıstan ilk məşqini həyata keçirib.

Klavdia çıxışına səhnənin ortasında yerləşən uzunsov platforma üzərində başlayır. Mahnının ötürdüyü duyğular: sevgi və itki təkcə onun ifasında deyil, həm də səhnə quruluşunda öz əksini tapır. Səhnədəki hərəkətlər və ikinci bir obrazın varlığı bu emosiyaları daha da ön plana çıxarır.

Səhnənin mərkəzində builki mövsümün ilk qaya rezkviti yer alır. Bu dekorasiya ötən ilki Teya Doranın çıxışındakı rezkvitdən bir qədər kiçik olsa da, eyni dərəcədə diqqətçəkici görünür. Klavdia girişdən sonra platforma boyunca yeriyərək çıxışının qalan hissəsini həmin qayanın üzərində davam etdirir. İkinci bənddə ona bir rəqqasə qoşulur, lakin səhnədə birlik qısa müddətlikdir. Klavdia sonra yenidən yalnız qalır.

Müğənni uzun, bədənə oturan və xırda daşlarla bəzədilmiş libas geyinib. Bu libas işıqlandırmadan asılı olaraq qara və ya tünd göy rəngdə görünür. Kamera işi xüsusilə vurğulanmağa layiqdir. Yuxarıdan baxdıqda platformanın ətrafı sanki su ilə əhatələnib, lakin sonra görüntülər LED divarda yanar ağaclara və vulkanik mənzərələrə çevrilir. Klavdia əlini havaya qaldırdıqda mavi işıq şüaları səhnəni parçalayırcasına işıqlandırır.

Çıxışın sonunda “lego işıqların” səhnəyə enməsi ilə vizual kulminasiya tamamlanır. Klavdianın güclü vokalı arenanı tamamilə bürüyür və çıxış, dili bilmədən belə, dərin hisslər oyadır.

Screenshot

Sonuncu olaraq Litva səhnədədir.

Səhnə milli finalla demək olar ki, eynidir. Mavi paltarlar, xaotik atmosfer, partlayan ev və uçan daş qrafikləri LED ekranda yenə görünür.

İkinci nəqarətdə Lucas gitaristlərlə birlikdə səhnəyə doğru irəliləyir. Finalda “lego işıqları” enir və daha qaranlıq ab-hava yaradır.

Credit: EBU

Sabah ikinci yarımfinalistlərin geri qalanı ilk məşqlərini həyata keçirəcəklər.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Azərbaycan birinci məşqini tamamlayıb – Avroviziya 2025

Avroviziya 2025: Məşqlərin dördüncü günü sona çatıb

Rəy bildir