Azərbaycan birinci məşqini tamamlayıb – Avroviziya 2025

Azərbaycanın Avroviziya 2025 təmsilçisi Mamagama qrupu Bazeldə ilk məşqini uğurla başa vurub.

Qeyd edək ki, Avropa Yayım Birliyinin (AYB) bu ilki qərarına əsasən ilk məşqlər mediaya tam bağlı şəkildə keçirilir. Bu səbəbdən də Azərbaycanın səhnəsindən sadəcə üç fotoşəkil təqdim edilib:

AYB tərəfindən Mamagamanın səhnəsi bu şəkildə təsvir edilib:

Bu səhnədə çoxlu sevgi və xoşbəxtlik var. Mahnı funk-pop havasındadır. İkinci nəqarətdən sonra Asəf sazla birlikdə Azərbaycan milliliyini səhnəyə gətirir.

Performans səhnənin mərkəzində, yuxarıdan asılan “lego işıqların” səhnəyə əks etdirdiyi xəfif işıqlarla davam edir. LED divar və Mamagamanı müşaiət edən üç rəqqas ahəng içərisindədir. Ledlərdə çoxlu rəqs edən kölgəli insan qrafikləri var.

Qrup üzvləri qara rəngin ön planda olduğu dəbdəbəli dəri kostyumlar geyinib. Asəf və Həsən fərqli rənglərdə pencəklər geyinirlər, Arif isə qolsuz köynəkdədir. Rəqqaslar parlaq qara və qırmızı rənglərdə tulumlar (body) geyinib. Səhnənin sonunda alov jetlərindən istifadə edilir.

Qeyd edək ki, Mamagamanın ikinci məşqi 7 may tarixində baş tutacaq. Bu məşqlər mediaya açıq şəkildə keçiriləcək.

Azərbaycan isə Avroviziya 2025-də birinci yarımfinalda 10-cu nömrə altında çıxış edəcək. Ölkəmizi isə “Run With U” adlı mahnı ilə Mamagama qrupu təmsil edəcək.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Şərhçilərimiz bəllidir: Elnarə Xəlilova və Ağa Nadirov!

Avroviziya 2025: Məşqlərin üçüncü günü baş tutub

Rəy bildir