İsrail niyə Avroviziyaya qatılır? – AYB-dən Avropa Parlamentinə rəsmi açıqlama

Avropa Parlamentinə üzv olan 26 ölkə ötən həftə Avropa Yayım Birliyindən (AYB) rəsmi olaraq Rusiyanın diskvalifikasiyasına baxmayaraq, İsrailin niyə hələ də Avroviziyada yarışdığı ilə bağlı rəsmi açıqlama istəyib.

Bundan başqa, üzv ölkələr ötən il Niderland təmsilçisi Joost Kleinin diskvalifikasiyası və Avropa Birliyi bayraqlarının arenaya buraxılmamasının səbəblərini də soruşub.

Avropa Yayım Birliyi isə verilən hər bir suala rəsmi olaraq cavab verib:

“Avroviziya Mahnı Müsabiqəsinə qatılmaq bütün AYB üzvləri üçün açıqdır. İsrail yayımçı kanalı KAN TV AYB-nin tamhüquqlu və aktiv üzvüdür. Bu səbəblə kanalın müsabiqəyə qatılmağa tam hüququ çatır. İsrail dövlət kanalı 1973-cü ildən etibarən yarışmaya qatılır və dəfələrlə ev sahibliyi edib.

Bildirdiyiniz kimi AYB, 2022-ci ildə Rusiyanın Ukraynanı işğal etməsi səbəbi ilə Avroviziya 2022-dən diskvalifikasiya edib. Həmin müddətdə, Rusların bir çox qlobal tədbir və yarışmadan çıxarılması gündəm mövzusuna çevrilmişdi. Rus yayımçı kanalı açıq-aşkar müharibədə höküməti dəstəkləyir və efirlərində bunun propaqandasını aparırdılar. Bu da rus yayımçılarının AYB-nin qaydalarını pozması səbəbi ilə 2022-ci ilin mayında qurumun üzvlüyündən çıxarılması ilə nəticələndi.

İsrail yayımçısı KAN isə müharibə ilə bağlı açıq-aşkar propaqanda aparmır və neytral mövqe sərgiləyir. Hətta uzun illərdir KAN TV İsrail höküməti tərəfindən tənqid edilir və özəlləşdirilməsi ilə bağlı ciddi addımlar atılır. Buna baxmayaraq, KAN bu cəhdlərin qarşısını alır və ayaqda qalmağa çalışır. AYB, bütün üzv yayımçılarını sonuna qədər dəstəkəyir.

AYB, idman birlikləri və federasiyalar da daxil olmaqla bütün qlobal quruluşlara paralel olaraq, İsrailin böyük orqanizasiyalarda iştirakına maneə yaratmır”.

AYB digər mövzulara da toxunub:

“Niderlandlı sənətçinin 2024-cü ildə təhdidkar davranışı səbəbi ilə müsabiqədən diskvalifikasiyası və Avropa Birliyi bayraqlarının qadağan olunması kimi məsələlərə toxunmusunuz. Bu hadisələr, KAN-nın müsabiqəyə qatılması ilə bağlı deyil.

Avroviziyada hər il bayraq siyasəti ev sahibinin qanunvericiliyinə uyğun olaraq hazırlanır. Məsələn, ötən il açıq şəkildə LGBT və digər ölkələrin bayraqlarının təmsilçilər tərəfindən dalğalandırılmasına şərait yaradılsa da, bu il bu şəkildə fəaliyyətlərə icazə yoxdur.

Bazeldəki bütün insanların təhlükəsizliyi və müsabiqənin problemsiz şəkildə baş tutması üçün İsveçrə höküməti ilə sıx əməkdaşlıq edirik. Ötən il baş verən xoşagəlməz hadisələrin kölgəsində, yeni “Davranış Qaydaları və Öhdəliklər Protokolu” yaratdıq.

Mövcud qlobal problemlərə baxmayaraq, Avroviziyanın musiqinin köməyi ilə dünyaya səs salması üçün əlimizdən gələni edirik və bu mövzuda qərarlıyıq”.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Avroviziya üçün niyə böyük səhnələr hazırlanmır? – Araşdırma

Avroviziya 2025: Məşqlərin birinci günü tamamlanıb

Rəy bildir