Avroviziya üçün niyə böyük səhnələr hazırlanmır? – Araşdırma

Avroviziya Mahnı Müsabiqəsi hər il görkəmli şoular və səhnə performansları ilə yadda qalır. Lakin hər ilin may ayında Avroviziya səhnəsinin kiçik olması və ya arenanın balaca olması kimi fikirlər azarkeşlər arasında müzakirə mövzusu olur. Bəs niyə Avroviziya üçün böyük səhnələr və arenalar hazırlanmır?

Avroviziya 2009-cu ildə 35 minlik, 2011-ci ildə isə rekord tamaşaçı tutumuna malik olan 54 minlik arenada keçirilib. Lakin 2018-ci ili çıxmaq şərti ilə, Avroviziya bir daha 20 min tamaşaçı tutumunu ötən heç bir arenada baş tutmayıb. Hətta 2017-ci ildə 11 minə düşən bu rəqəm, 2019-cu ildə 7 min 500 tamaşaçıya qədər düşüb.

İzləyici tutumu bu qədər aşağı olan arenalarda keçirilən Avroviziya isə azarkeşləri çox da məmnun etmir. 2013-cü ildə İsveçin Malmönü ev sahibi şəhər kimi seçməsinin səbəbini aşağıdakı kimi açıqlamışdı:

“Daha qənaətcil olmaq və xərcləri azaltmaq üçün Malmö kifayət qədər doğru seçimdir. Həmçinin, arenanın kiçik olması izləyicilərə daha səmimi şərait yaratmaqda bizə kömək edəcək.”

Arenanın illər keçdikcə tamaşaçı tutumu tərəfindən kiçik olmasının səbəbini vaxtı ilə AYB-də açıqlayıb:

“Avroviziya üçün məşqlərlə birlikdə 12-14 arası şou hazırlanır və 12 şou üçün də biletlər satışa çıxarılır. Ancaq satışa çıxarılan biletlərdən canlı yayımlanan şoular üçün biletlər tez satılır. Məşqlər üçün ayrılan biletlər isə gözlədiyimiz qədər satılmır. 50 min tutumu olan arenanı 12 dəfə doldurmaq asan deyil, hətta imkansıza yaxındır. Müsabiqənin davamlılığı və həyatda qala bilməsi üçün ekonomiya etməli, düzgün qərarlar almalıyıq. Arena seçimi də bunlardan biridir.”

Avroviziyada səhnələrin balaca olması da bilavasitə arenanın kiçik olması ilə bağlıdır. Bundan savayı, büdcə məhdudiyyətləri, sadəlik trendi, logistikada çətinlik və s. kimi səbəblər də bunlara aiddir.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

12xal 7 yaşında: Avroviziya sevgisini birlikdə yaşadığımız 7 il

İsrail niyə Avroviziyaya qatılır? – AYB-dən Avropa Parlamentinə rəsmi açıqlama

Rəy bildir