Artıq Avroviziya 2025-in yarımfinalist ölkələrinin səhnəyə çıxış nömrələri və sırası təqdim olunub. Hər il olduğu kimi bu il də azərkeşlər ölkələrin final şansları, səhnələri ilə bağlı müzakirələr edir və fikirlər yürüdürlər.

Biz də 2013-cü ildən etibarən ölkələrin səhnəyə çıxış nömrələri üzərindən statistikaya nəzər yetirərək yarımfinalistlərin final şansını dəyərləndirəcəyik.
Hansı nömrə altında çıxış etmək final ehtimalını artırır?
Son 10-12 ildəki statistikaya nəzər yetirsək 18-ci sıra 86% göstərici ilə yarımfinallarda ən yaxşı çıxış nömrəsi hesab olunur. Son 12 ildə bu sıra sadəcə 8 dəfə istifadə edilib və əksər halda yarımfinalı bağlayan ölkənin nömrəsi kimi tarixə keçib.
Ümumiyyətlə müsabiqədə yarımfinalları bağlamaq 83% göstərici ilə ən yaxşı mövqe hesab olunur.
Ancaq yenə də 2021-ci ildə Danimarka yarımfinalı bağlamağına baxmayaraq yarımfinalı 11-ci sırada tamamlayıb. Bu faktları unutmamaqda təbii ki, fayda var.
Digər güclü hesab olunan nömrələr 72% finala çıxma faizi ilə 8, 9, 12 və 15-ci nömrələr hesab olunur.
Hansı nömrə altında çıxış etmək final ehtimalını azaldır?
Statistikaya əsasən yarımfinallarda 2-ci və 3-cü nömrə altında çıxış etmək final ehtimalını azaldır. 2-ci sırada çıxış edən ölkələrdən yalnız 22%-i finala vəsiqə qazanarkən, 3-cü sırada çıxış edən ölkələrdən 44%-i finala vəsiqə qazanıb.
Faizləri ilə birlikdə yarımfinallardakı çıxış nömrələrinin final ehtimalları bu şəkildədir:
- 1 – 56%
- 2 – 22%
- 3 – 44%
- 4 – 56%
- 5 – 56%
- 6 – 61%
- 7 – 50%
- 8 – 72%
- 9 – 72%
- 10 – 50%
- 11 – 50%
- 12 – 72%
- 13 – 56%
- 14 – 67%
- 15 – 72%
- 16 – 65%
- 17 – 54%
- 18 – 88%
Beləliklə buradan belə bir qənaətə gəlmək mümkündür ki, yarımfinallarda ən pis nömrələr 2,3,10 və 11-dir. Ən yaxşı nömrələr isə 8,9,12,15,18 və 19-dur.
Ancaq yaddan çıxarmayaq ki, bunlar sadəcə statistikadır. Əgər hansısa bir ölkənin yaxşı səhnəsi və mahnısı varsa, həmin ölkə istənilən nömrə altında finala keçə bilər.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






