Azərbaycan birinci yarımfinalda 10-cu nömrə altında çıxış edəcək – Çıxış sıralaması təqdim olunub

Avroviziya 2025-in birinci və ikinci yarımfinallarında yarışacaq ölkələrin səhnəyə çıxış sıralaması təqdim olunub.

Birinci yarımfinalın açılışını İslandiya, bağlanışını isə Kipr edəcək. Azərbaycan isə birinci yarımfinalda 10-cu nömrə altında çıxışını sərgiləyəcək.

İkinci yarımfinalın açılışını Avstraliya edərkən, yarımfinalı isə Finlandiya bağlayacaq.

Qeyd edək ki, bu ilki müsabiqədə ölkələrin çıxış sıralamasından məsul olan şəxs İsveçli prodüser Christen Bjorkmandır. O 2013, 2016, 2017, 2018, 2019 və 2024-cü illərdə də ölkələrin hansı nömrə altında çıxış edəcəyinə qərar verib.

Ölkələrin nömrələri 2024-cü ilə qədər təsadüfi yolla təyin olunurdu. Lakin ötən ildən etibarən Christen “Prodüserin Seçimi” kimi yeni bir sistemi seçim prosesinə gətirib. Burada əsas məqsəd eyni janrda olan mahnıların ard-arda gəlməməsi və müsabiqənin axıcılığının təmin edilməsidir.

Lakin, bir sıra Avroviziya azərkeşləri bu seçim üsulunun bir qədər ədalətsiz olduğunu düşünür.

Xatırladaq ki, Avroviziya 2025-in birinci yarımfinalı 13 may, ikinci yarımfinalı 15 may və finalı isə 17 mayda baş tutacaq. Finalistlər 100% xalq səsverməsi ilə təyin olunacaq.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Onların səhnəsini Marvin Dietmann quracaq

Ölkələrin nə qədər şansı var? – Nömrələrlə bağlı statistika

Rəy bildir