Theo Evan səhnəni atəşə verəcək – Kiprin səhnəsi ilə bağlı xəbərlər var

Ötən gün Avroviziya 2025-in yarımfinalist ölkələrinin yarımfinallarda çıxış nömrələrinin açıqlanmasının ardından, Kiprin Avroviziyadakı səhnəsi ilə bağlı gözləntilər artmağa başlayıb.

Çünki, Kiprin gözlənilməz şəkildə birinci yarımfinalı bağlaması xəbəri hər kəsdə necə deyərlər “şok effekti” yaratdı. Ən son belə bir gözləntinin 2018-ci ildə Eleni Foureirada yarandığını və nəticədə Kiprin ikinci olmasını hesaba qatsaq, heç də yersiz gözlənti olmadığını görə bilərik.

Ötən gün Kipr dövlət televiziyasında yayımlanan “With Love, Christiana” adlı verilişdə Theo Evan Avroviziya barədə danışıb:

“Səhnəmiz həqiqətən xüsusi və kreativdir. Bunun üçün gecə-gündüz çalışırıq. Çoxu məndən dörd rəqqasla səhnədə rəqs edəcəyimi düşünürdü. Amma, mən bu qəlibləşmiş düşüncə ilə Bazeldə olmayacam.

Çətin bir şey hazırlamışıq və hər gün məşq edirik. Buna çoxlu sevgi və kreativlik qatmışıq. Mənim əsas məqsədim həm münsiflərdən, həm də izləyicilərdən yaxşı xallar toplamaqdır. Bunun üçün həm vokal tərəfdən, həm də səhnə performansı cəhətdən əlimdən gələni edəcəm”.

Theo Evan məşqlərin olduqca çətin və vaxt aldığını da açıqlayıb:

“Belə bir performans hazırlayırıqsa buna tələb və gözlənti də böyük olur. Məşqlərə görə bütün bədənim ağrıyır və açığı bəzən bundan şikayətlənirəm. Həqiqətən zarafat bir yana, amma məşqlərim çox çətin və yorucu keçir”.

Theo mahnısı və Avroviziyadan gözləntiləri haqqında da qısaca danışıb:

“Səhnəni atəşə verəcəyik. Amma mahnıma da güvənirəm. İlk demosunu eşidəndə çox sevinmişdim. Mahnım Avroviziyada çox da istifadə edilməyən elektronik rəqs janrındadır. Bu da düşünürəm ki, məni digər rəqiblərimdən bir addım öndə tutan faktordur. Əsas hədəfimiz bütün gücümüzü və hisslərimizi dünyaya çatdırmaq, o cümlədən də bütün Kiprliləri qürurlandırmaqdır”.

Kipr nümayəndə heyətinin mətbuat katibi Andreas Anastasiou da Theo Evanın çıxışı ilə bağlı fikirlərini bölüşüb:

“Biz Avroviziyada daha öncə edilməyən bir şey etməyə gəlirik. Bilirəm. Daha əvvələr bu cümləni çox eşitmisiniz, amma həqiqətən bu etdiyimizin Avroviziya ilə yaxından-uzaqdan bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, Kipr Theo Evanın “Shh” adlı mahnısı ilə Avroviziya 2025-in birinci yarımfinalda 15-ci nömrə altında çıxış edəcək.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Ölkələrin nə qədər şansı var? – Nömrələrlə bağlı statistika

Avroviziya səhnəsində rəng seçimi nə qədər vacibdir? – Araşdırma

Rəy bildir