Tanınmış səhnə rejissoru və kreativ direktor Marvin Dietmann bu il də Avroviziyada öz imzasını atmağa hazırlaşır. O İsveçrənin Bazel şəhərində keçiriləcək müsabiqədə üç ölkənin səhnə quruluşuna cavabdeh olacaq. Bu il onun rəhbərliyi ilə səhnəyə çıxacaq ifaçılar:
• Avstraliya – Go-Jo – “Milkshake Man”
• Almaniya – Abor & Tynna – “Baller”
• İrlandiya – Emmy – “Laika Party”
Dietmann Avroviziya səhnəsinə yad deyil. O, ən çox Conchita Wurst-un “Rise Like a Phoenix” mahnısı ilə qazandığı möhtəşəm qələbənin səhnələşdirilməsi ilə tanınır. Müsabiqəyə ilk qatqısını 2011-ci ildə Poli Genova-nın “Na Inat” performansını hazırlayaraq etmişdi. Keçən il isə Kipr, Almaniya və Avstriyanın səhnə şousunu quraraq bir daha öz peşəkarlığını nümayiş etdirmişdir.
Bundan əlavə, 2019-cu ildə Tel-Əvivdə keçirilən Avroviziyada İsrailin yayım şirkəti KAN-da müsabiqə prodüserinin müavini və izləmə otağının rəhbəri kimi çalışıb.
Şəkil mənbə: Die Presse | Mənbə: Marvin Dietmann, Eurovoix
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






